Gələcək, düşmənin təhdidlərini yumora çevirə bilən xalqa məxsusdur
https://azeri.sahartv.ir/news/İran-i423606-gələcək_düşmənin_təhdidlərini_yumora_çevirə_bilən_xalqa_məxsusdur
İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın sözçüsü ABŞ rəsmilərinin hədələyici bəyanatlarına münasibət bildirib.
(last modified 2026-10-18T13:20:35+00:00 )
Okt 18, 2026 17:14 Asia/Baku
  •  Gələcək, düşmənin təhdidlərini yumora çevirə bilən xalqa məxsusdur

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın sözçüsü ABŞ rəsmilərinin hədələyici bəyanatlarına münasibət bildirib.

Briqada generalı Hüseyn Mühhibi ABŞ ordusunun hərbi arsenalındakı ən güclü qeyri-nüvə bombasına verilən "Bütün bombaların anası" ifadəsinə toxunaraq, bildirib: "Yalnız vəhşi bir sivilizasiya ən dağıdıcı bombasını adlandırmaq üçün "ana" kimi müqəddəs bir kəlmədən istifadə edə bilər".General Mühibbi davamında xalqın psixoloji və hərbi təzyiqlər qarşısında reaksiyasına və əhval-ruhiyyəsinə toxunaraq, əlavə edib: "Gələcək, düşmənin ən böyük təhdidini küçə yumoruna çevirə bilən xalqa məxsusdur".