Əraqçi İraqın baş naziri ilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i423616-Əraqçi_İraqın_baş_naziri_ilə_görüşüb
İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının illik iclasında iştirak etmək məqsədilə İraqa səfəri çərçivəsində ölkənin baş naziri Əli Faleh əl-Zeydi ilə görüşərək, ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.
(last modified 2026-10-19T07:57:27+00:00 )
Okt 18, 2026 11:55 Asia/Baku
  • Əraqçi İraqın baş naziri ilə görüşüb

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının illik iclasında iştirak etmək məqsədilə İraqa səfəri çərçivəsində ölkənin baş naziri Əli Faleh əl-Zeydi ilə görüşərək, ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.

İranın xarici işlər naziri müsəlman dünyasının, xüsusilə də Fələstinin üzləşdiyi problemlərin həllində İslam Əməkdaşlıq Təşkilatının imkanlarından istifadənin vacibliyini vurğulayıb.Əraqçi iki qonşu və müsəlman ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, İranın qarşılıqlı maraq doğuran bütün sahələrdə İraqla əlaqələri daha da gücləndirmək əzmində olduğunu bildirib.Görüşdə, həmçinin regionda baş verən son hadisələr müzakirə olunub.