Dek 06, 2022 14:44 Asia/Baku
  • İranda təxribata hazırlaşan dəstənin 12 üzvü həbs edilib

İranın Mərkəzi vilayətində İslam İnqilabı Keşikçilər Korpusu SEPAH-ın ictimaiyyətlə əlaqələr şöbəsi bu vilayətdə təxribat törətməyə hazırlaşan şəbəkənin 12 üzvünün həbs edildiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Şöbədən bildirilib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun tabeliyində olan Kəşfiyyat Təşkilatının həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində vilayətin şəhərlərindən birində xarici ünsürlərlə əlaqəsi olan 12 nəfərdən ibarət şəbəkə yaxalanıb və həbs edilib.

O əlavə edib ki, bu şəbəkənin üzvləri Almaniya və Hollandiyada yaşayan əks-inqilabi ünsürlərin rəhbərliyi altında milli təhlükəsizliyə qarşı fəaliyyətlər həyata keçirməyə, döyüş silahları hazırlamağa və təxribat xarakterli fəaliyyətlər həyata keçirməyə cəhd ediblər.

Teqlər