Fev 08, 2023 08:24 Asia/Baku
  • İranda xalq-hakimiyyət birliyi daha da güclənir

11 Fevral, Zəfər Gününü qeyd etməyə hazırlıq gedir – Aktual şərh

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasında Fəcr Ongünlüyü qeyd olunur və inqilabi xalq fevralın 11-də islam inqılabının şanlı zəfərinin 44-cü ildönümünü qeyd etməyə hazırlaşır.

1979-cu il fevralın 11-də İran İslam Respublikasının banisi İmam Xomeyninin(r.ə) 15 illik sürgündən sonra vətənə qayıtmasından sadəcə 10 günlük fasilə ilə, şahlıq rejimi həmişəlik olaraq tarixin zibilliyinə atıldı və İran xalqının mübarizəsi səmər verdi və və müasir dünyada ilk dəfə olaraq  İranda İslam dininin qanunları çərçivəsində siyasi quruluşun yaradılmasına başlanıldı. Məhz buna görə də 11 fevral İran xalqının siyasi-ictimai tarixində ən əlamətdar gün olaraq xalqın ürəyində və yaddaşında yaşadılır.

İranın önəmini nəzərə alaraq, bu inqılabın regionda və hətta dünyada böyük dəyişikliklərə səbəb olduğunu söyləmək lazımdır.

İran keçən 44 il ərzində çoxlu çətinliklərlə və düşmənlərlə üzləşmiş, dünyanın güc tətbiq edən qüdrətləri tərəfindən təzyiq və sanksiyalara məruz qalmışdır. Ancaq vacib məqam bundan ibarətdir ki, ölkənin müstəqilliyi qorunub və bütün çətinliklərə baxmayaraq hərtərəfli inkişaf gündən-günə sürətlənir.

Maraqlıdır ki, düşmənlər elə son iğtişaşlar əsnasında İslam İnqilabının işinin 6 aya bitəcəyini deyirdilər, amma bu gözlənti də özünü və İslam İnqilabının möhkəm bir ağaca çevrildiyi hamıya sübut olundu.

Bu kontekstdə inqilabçı İran xalqı 22 Bəhmən yaxud 11 Fevral yürüşlərinə hazırlaşır.

 

Teqlər