Fev 15, 2016 19:17 Asia/Baku
  • Quranın qədrini bilsək, bəsirətimiz açılar
    Quranın qədrini bilsək, bəsirətimiz açılar

Əgər bəsirət gözümüz açılsaydı, Allahın bu kəlamının qədrini yaxşı bilərdik.

“Və əgər vasitəsilə dağların hərəkətə gətirildiyi, ya yerin yarılıb parça-parça olduğu, yaxud vasitəsilə ölülərlə danışılan bir Qur’an olsaydı (bunun onların imanına yenə də heç bir təsiri olmazdı). (Çünki iman və hidayət,) hətta işlər və əmrlər bütünlüklə Allaha məxsusdur”. (“Rəd” 31). Ancaq biz əyləşib nəfsi istəklərimizin bizə qalib gəldiyi halda bu ayələrə sadəcə baxırıq və mənasını dərk etmirik.

Halbuki, tarixdə elə insanlar olmuşdur ki, Quran onları tərbiyə edərək peyğəmbərlik məqamına çatdırmışdır. Bu insanlar İlahi peyğəmbər olmamışdılar, ancaq Quran onların səviyyəsini elə qaldırmışdır ki, peyğəmbərlik məqamına bərabər insanlar olmuşdular.


Quran – İlahi ənam və qeyb hədiyyəsidir. Mərhum Şeyx Cəfər Şuştəri haqqında nəql edirlər ki, kor bir oğlan uşağını onun yanına gətirirlər. Alim əlini uşağın gözünə qoyur və “Həmd” surəsini oxumağa başlayır. Bir qədər oxumamış uşaq deyir: “Atacan, mən ağanın barmaqlarının arasından görürəm”. O zaman ki, “Həmd” surəsini tamamlayır, gözləri açılır və görməyə başlayır. (Tebyan)

Bir dəstə sadəlövh insan Əllamə Molla Xəlil Qəzvininin yanına gəlirlər. Quranda nəql edilən Həzrət Davudun (ə) hekayəsinə işarə edib deyirlər: “Allah dəmiri onun əlində yumşaldır və ona dəmiri əritməyi ilham edir. Davud (ə) da dəmiri dəmir kürəsinə qoyub əridir ki, daha yumşaq olsun”. Mərhum Qəzvini deyir: “O, Allahın peyğəmbəri idi və siz dəmirin onun əlində yumşalmasını mümkünsüz hesab edirsiniz? Bu ki, bir iş deyildir. Mən ki, peyğəmbər deyiləm, bu işi görə bilərəm”.

Sonra alim qarşısında olan mis qabı iki barmağı ilə qayçı kimi kəsməyə başladı. Buyurdu: “Allah bu cür dəmiri Həzrəti Davudun (ə) əlində yumşaltdı”.

Quran elə bir kitabdır ki, peyğəmbər yetişdirər. Peyğəmbərlər iki cür olar: o peyğəmbərlər ki, Allah tərəfindən təyin edilmişdir. O peyğəmbərlər ki, iman və Quranın əmrlərinə əməl etmək sayəsində peyğəmbərlik kamalına nail olmuşdular.

Beləliklə deyə bilərik ki, Quran peyğəmbərlik kamalına çatan insanlar tərbiyə edir. Əgər insan bu məqama çatarsa, qapı və divar belə Allahın izni ilə onun müəllimi olar.

Quran iman əhli, xüsusilə də elm əhli üçün möcüzə və kəramət gətirər. Lakin biz Quranın qədrini lazımlı qədər bilmirik. Əgər onun haqqını layiqli şəkildə verə bilsəydik, bəsirətimiz açılar və biz də kamala çatmaq yolunda irəliləyərdik. Bu, sadəcə bizdən asılıdır.

/Deyerler.org/


Teqlər