Apr 17, 2016 18:23 Asia/Baku
  • Ata-anaya ehsanın nəticəsi

İslam dinində ata-anaya yaxşılıq və hörmət etmək mühüm məsələlərdən biri sayılır.

İslam dinində ata-anaya yaxşılıq və hörmət etmək mühüm məsələlərdən biri sayılır. Ona görə də Allah-təala Qur`anın dörd surəsində bu məsələni Allahı dərklə eyni səviyyədə tutmuşdur.

1-O cümlədən də Bəqərə surəsinin 83-cü ayəsində buyurur:

“Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə ehsan (yaxşılıq, kömək) edin…

2-Həmçinin Ən`am surəsinin 151-ci ayəsində buyurur:

“Ya Rəsuləllah! De: “Gəlin Rəbibnizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin…”

3-Allah-təala Nisa surəsinin 36-cı ayəsində camaata xitab edərək onları ibadətə də`vət edib buyurur:

“Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya yaxşılıq edin…”

4-Həmçinin İsra surəsinin 23-cü ayəsində Peyğəmbərə (s) xitab olaraq buyurulmuşdur:

“Rəbibn yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur.”

Ata-anaya yaxşılıq etmək haqqında İslam Peyğəmbəri (s) buyurmuşdur:

“Valideynlərə hörmət və yaxşılıq etmək, namaz, oruc, həcc, ümrə və Allah yolundakı cihaddan qat-qat üstündür.”[17]

Ata-anaya yaxşılıq etmək fəzilətli əməllərdən biri sayılır. Hətta valideynin üzünə baxmaq belə Həcc ziyarətinin savabı ilə bir sırada qeyd olunmuşdur.

Peyğəmbər (s) buyurur:

“Elə bir gözəl əməl sahibi olan övlad yoxdur ki, hər dəfə valideynlərinə rəhmət və qayğıkeş nəzərlərlə baxdığında, Allah-təala həmin övladın hər baxışının əvəzində onun əməl dəftərinə qəbul olmuş bir Həccin savabını yazmamış olsun.”

Ərz olundu: “Ey Allahın Rəsulu! Əgər gündə yüz kərə baxsa necə?

Buyurdu: “Bəli! Mehriban Allah o həddə böyük və pakdır ki, hətta min kərə baxsa belə ona hər baxışın müqabilində həmin savabı yazar.”

/Zəhra-yolu/

Müəllif: Məlahət Əsədova

Teqlər