Avq 02, 2016 17:45 Asia/Baku
  • “İnsanın gərək ürəyi təmiz olsun!” nə deməkdir?
    “İnsanın gərək ürəyi təmiz olsun!” nə deməkdir?

“İnsanın gərək ürəyi təmiz olsun!” nə deməkdir?

Bu gün insanların bir çoxu cazibəli sözlərdən istifadə edərək cavan nəslin zehnini yumağa çalışırlar. O cümlədən: “İnsanın gərək ürəyi təmiz, qəlbi pak olsun. Belə olsa, hər nə istəyisənsə, et!”.

Bu iki cümləyə diqqətlə baxsaq, görərik ki, bir-biri ilə təzad təşkil edir. Yəni o kəs ki, düzgün, dürüst və qəlbi pak olmaq istəyir, hər nə istəyirsə edə bilməz. Ürəyi təmiz olan, ağlına gəldiyini edə bilməz. Çünki düzgün olmağın müəyyən şərtləri vardır ki, onun rəftarlarını və əməllərini məhdudlaşdırar. İnsan bu məhdud çərçivədən bayıra çıxa bilməz.(Tebyan saytına istinadən)

Şübhəsiz ki, insanın əməli niyyətini təcəlli edər. Bir insan əgər hər nə istəyirsə və hər nə deyirsə etsə, şeytanın ardınca gedər. Bir daha deyə bilməz ki, mənim qəlbim və daxilim pakdır. Məhz elə batin və daxil, zahirdən xəbər verər. Bu zahirdir ki, batinə cila verər. Çünki insanın əməl və rəftarı qəlb və niyyəti ilə birbaşa əlaqədədir. Hər biri o birisinə təsir edər.

Bəs qəlbi pak olmağa tərif vermək istəsək, nə deyərik?

İnsan o zaman düzgün və qəlbi pak sayılar ki, həmişə saleh əməl ardınca olar. O zaman saleh əməl görər ki, batini pak olar, iman və etiqada malik olar. “Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı (sabit doğru əqidə və əməlləri) və (vəzifələri yerinə yetirməkdə) səbri tövsiyə edənlərdən başqa”. (“Əsr” 3).

Qurani-Kərimin başqa yerində Allah Təala buyurur: “Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur. Onun səy və təlaşı(nın nəticəsi) tezliklə (ölən kimi və Qiyamətdə) görünəcəkdir”. (“Nəcm” 39-40).

Bu ayələrdən belə nəticə çıxartmaq olar ki, qəlbi pak olan insan - o kəsdir ki, qəlbində Allahın sevgisi olar. Sözdə deyilən sevgi deyil, əməllə bir yerdə olan sevgi. İnsan başqa birinə sevgisini əməli ilə büruzə verər. Əks halda bu həqiqi sevgi olmaz.

Əgər qəlbimizdə Allah sevgisi varsa, bəs Onun buyurduqlarının əksinə əməl etməyimiz düzdürmü? Təbii ki, xeyr.

İmam Sadiq (ə) buyurur: “O kəs ki, Allaha itaətsizlik edər, Onu sevmir”. Əgər sevgimiz həqiqidirsə, biz mütləq iman əhli olarıq, itaət həli olarıq.

İmam Əli (ə) buyurur: “Hər kim Allahın əmrini böyük hesab edər, Onun əmrinə cavab verər”.

Quranda buyurulur: “De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır»”. (“Ali-İmran” 31).

Əmirəl-möminin (ə) buyurur: “Əgər öz Xaliqinin əmrinə itaət etmək istəmirsənsə, Onun ruzisindən yemə. Əgər Onun düşmənini sevirsənsə, Onun məmləkətindən çıx. Fərz edək ki, Allah günaha görə qorxutmur, nemətinin şükrü üçün vacib və layiqli olardı ki, günah edilməsin. Ağıl qılıncı kəsər, nəfsinin xahişini ağlınla öldür”.

Bəli, bu insanlar belə bir yanlış təfəkkür ilə cavanların zehnini zəhərləyir və fəsadın yayılması üçün şərait yaradarlar. Bu insanların həqiqətdə istədikləri budur:

- Heç bir dini əhkamın bəndində olmasınlar. Öz dilləri ilə desək, nə istəyirlərsə, onu da yerinə yetirsinlər. Necə istəyirlər, o cür də yaşasınlar.

- Öz vicdanlarını bu yolla qane edirlər.

- Özləri həlak olduqları üçün başqalarını da həlak etməyə çalışırlar ki, bu yolda tək olmasınlar.

Bu cür insanlarla rastlaşan zaman onları bu zəlalət quyusundan çıxartmağa çalışaq və yardım əlimizi uzadaq.

Allah Təala bizləri həqiqətən ürəyi təmiz və sabitqədəm olanlardan qərar versin.

 

Deyerler.org

Teqlər