Əsgəreyn imamlarının (ə) zərihi tam hazır oldu
-
Əsgəreyn imamlarının (ə) zərihi tam hazır oldu
Əsgəreyn imamlarının (ə) zərihi tam hazır oldu
İraqın Samirra şəhərində yerləşən Əsgəreyn imamlarının (ə) hərəmlərində təmir bərpa işləri davam edir.
Deyerler.org xəbər verir ki, təmir-bərpa işlərilə əlaqədar Əhli-Beytin (ə) 10-cu imamı Həzrəti Əliyyən Nəqinin (ə) və 11-ci imamı Həzrəti Həsən Əsgərinin (ə) qəbirlərin olduğu zərihində dəyişdirilməsi nəzərdə tutulub. Bunun üçün müqəddəs Qum şəhərində Əsgəreyn imamları (ə) üçün artıq zərihin hazırlanması işlərinin yekunlaşdığı bildirilib.
Aşağıdakı şəkillərdə Əhli-Beytin (ə) 10-cu imamı Həzrəti Əliyyən Nəqinin (ə) və 11-ci imamı Həzrəti Həsən Əsgərinin (ə) adları qeyd olunan sinə daşı, qapıları və zərihin tam hazırlanmış formasını görəcəksiniz. Eyni zamanda Samirra şəhərində yerləşən Əsgəreyn imamlarının (ə) hərəmlərində təmir bərpa işlərinin son vəziyyətilə tanış olacaqsınız.