BARAMLIQ +(Audio)
Qurban bayramı mübarək olsun
Susuz və qurumuş səhra , göyərtisiz - yanğın tikanlıq, çör-çöplü torpaq, sükut altında göstərirdi İbrahimin Tanrı ilə bağladığı əhd-ilqarın nəticəsini. Balasının ayağına tikan batmaya razı olmayan ata indi isə öz əli ilə oğlunu qurban verməlidir. Bəs İlahi bu nə əhd-peymandır ki Peyğəmbərinlə bağlamısan? Bu nə sınaqdır , nə çətin imtahandır?
İsmayıl baxışları ilə ataya söyləyir: "Durma atacan, Tanrının əmrini yerinə yetir və Tanrı yolunda məni qurban verməklə başıuca çıx bu sınaqdan."
Bir əli oğlunun əlində, bir əli qılınc daşıyır və istiqamətli addımları ilə qurbangaha doğru irəliləyir .
İsmayıl könüllü olaraq baş qoyur səhranın susuz daşları üzrə.Qılınc səmayə qalxır. İsmayıl səbirsizliklə gözlüyür boynunu öpən qılıncın zərbəsini. Və bir an nida gəlir: "Ey İbrahim əl saxla! və oğlunu yerinə kəs bu heyvanı! Sən bu sınaqdan başıuca çıxdın. Bəs Tanrının dostluğu sənin üçün mübarək olsun!