Okt 02, 2016 15:55 Asia/Baku
  • İmam Hüseynə (ə) əzadarlıq haqqında Böyük Rəbərin çıxışlarından sitatlar

İmam Hüseynə (ə) əzadarlıq haqqında Böyük Rəbərin çıxışlarından sitatlar

Müqəddəs Məhərrəmlik ayının, Həzrət İmam Hüseyn (ə) və onun sadiq silahdaşları üçün əzadarlıq günlərinin başlanması ərəfəsində, Həzrət İmam Hüseynə (ə) əzadarlıq etmək haqqında ali lider Ayətullah Seyyid Əli Xameneidən bəzi seçilmiş sitatları maide.az-a istinadən siz oxucularımıza təqdim edirik:

 

* Hüseyn İbn Əli (ə) həyatında bir müstəsna məqam- bütün dəyərləri öz əhatəsinə alan bir zirvə kimidir və o Aşuradır.

 

* Ən böyük nemətlərdən biri, bizim Şiə cəmiyyəti üçün Hz. İmam Hüseyn (ə) xatirəsi və onu yad etmək, yəni əzadarlıq məclisləri neməti, Məhərrəmlik ayı neməti və Aşura nemətidir.

 

* Əzadarlıq məclislərinin qədrini bilsinlər, bu məclislərdən istifadə etsinlər, öz ruh və qəlbləri ilə bu məclislərə özləri ilə Hüseyn İbn Əli (ə), Peyğəmbərin (s) ailəsi, İslamın və Quranın ruhu ilə daha da möhkəm əlaqə və bağ qurmaq üçün bir vasitə olaraq yanaşsınlar.

 

* Məhərrəmlik ayında, elə Quran və İslam təlimləri olan Hüseyn və Əli bilgisini xalqa bəyan edin.

 

* Şeir oxuyarkən, bunu nəzərdə saxlayaq ki, bu şeirdən auditoriyamızın imanının artması təmin olunsun. Deməli, hər şeiri oxumaq, hər oxunuş üslubunu seçmək doğru deyil; elə oxumaq lazımdır ki, söz, məna və ahəng, kompleks şəkildə təsirli olsun.

 

* Bəzi əməllər var ki, onları yerinə yetirmək insanları Allaha və dinə yaxınlaşdırır. Bu əməllərdən biri də ənənəvi əzadarlıqlardır ki, insanları dinə daha da yaxınlaşdırır. İmam Xomeyinin “ənənəvi şəkildə matəm və əzadarlıq edin” deməsi elə bu yaxınlaşma üçündür. Əzadarlıq məclislərində oturmaq, rouzə oxumaq, ağlamaq, başa-sinəyə vurmaq, hüzn məclisləri qurmaq və əzadarlıq dəstələri təşkil etmək insanların duyğularını Peyğəmbər (s) ailəsinə qarşı daha da coşdurur və bu, çox yaxşıdır.

 

* Mən həqiqətən nə qədər düşündümsə, gördüm ki, şübhəsiz azğınlıq və bidət olan bu məsələni- yəni qəmə vurmağı- əziz xalqımıza çatdırmaya bilmərəm. Bunu etməsinlər. Mən razı deyiləm. əgər kimsə qəmə vurmaq iddiasında olsa, bilsin ki mən qəlbən ondan narazıyam.

 

* Əzadarlıq günlərində ölkənin hər yerində matəm saxlayan və əzadarlıq məclisləri təşkil edən, xüsusilə də Aşura günü günorta namaz camaat namazı qılan, beləliklə də Peyğəmbər (s) ailəsinə öz hörmətini bildirən bütün bacı-qardaşlara bu günlərə dəyər verdikləri üçün minnətdarlıq etməyi özümə borc bilirəm.

 

 

 

* İslam ümməti və və İslam cəmiyyəti heç vaxt Aşura hadisəsini bir dərs kimi, bir ibrət kimi və bir hidayət bayrağı olaraq unutmamalıdır. Şübhəsiz ki, İslam Aşura və Hüseyn İbn Əli (ə) sayəsində diridir.

 

* Kimsə özünü qorumaq üçün Allahın yolunu tərk edərsə və Haqqı demək lazım olduqda susarsa, öz təhlükəsizliyi və ya vəzifəsi və işi yaxud pulu ya övladına, ailəsinə, yaxınlarına və dostlarına sevgisi səbəbindən Allah yolunu tərk etdikdə, Hüseyn İbn Əlilər (ə) Kərbəla qurbangahına gedib qətlgaha çəkiləcəklər.

 

 

* Əgər Hüseyn İbn Əli (ə)-ın böyük fədakarlığı olmasaydı - bu fədakarlıq tarixin vicdanını əsaslı şəkildə oyatdı,- Hicrətin elə birinci əsrində və ya ikinci əsrin yarısında İslam dini tamamilə yox ola bilərdi.

 

 

* Hz. İmam Hüseynin (ə) Kərbəlada hərəkəti, babası Məhəmməd peyğəmbərin (s) Besətdəki hərəkəti ilə oxşar və müqayisə olunandır. Məsələ budur. Necə ki, Peyğəmbər orada təkbaşına dünya ilə qarşı-qarşıya idi, İmam Hüseyn də Kərbəla hadisəsi zamanı təkbaşına dünya ilə qarşı-qarşıya durmuşdu.

 

* İmam Hüseyni (ə) yalnız Aşura günü müharibəsilə tanımaq olmaz; o, İmam Hüseynin cihadının bir hissəsidir. Onun bəyanına, yaxşılığa çağırışına və pislikdən çəkindirməyinə, elə o Mina və Ərəfatda müxtəlif məslələri izah etməsinə, alimlərə müraciətinə daha sonra Kərbəla istiqamətində, həm də Kərbəlanın öz səhnəsində, tanımaq lazımdır.

 

 

* Aşuranın bizə verdiyi mesajlar və dərslər var. Aşura bizə dərs verir ki dini qorumaq üçün fədakarlıq etmək lazımdır. Bizə öyrədir ki Quran yolunda hər şeydən keçmək lazımdır. Bizə öyrədir ki haqqla nahaq arasında olan döyüş meydanında kiçiklər və böyüklər, qadın və kişi, qoca və cavan, imam və rəiyyət hamısı bir cərgədə yer alırlar.

 

* Aşura dərsi, fədakarlıq, dindarlıq, cəsarət və bərabərlik dərsi, Allah yolunda qiyam etmək dərsi, eşq və məhəbbət dərsidir. Aşura dərslərindən biri elə bu böyük İnqilabdır ki, siz İran xalqı zəmanənin Hüseyni və Hüseyn İbni Əlinin övladının arxasında duraraq ərsəyə gətirdiniz. Bunun özü, Aşura dərslərindən biri idi.

 

* Bizim böyük imam (Xomeyni) Məhərrəm ayını qanın qılınca qələbə çaldığı ay kimi dəyərləndirir və Məhərrəm ayının bərəkəti ilə, elə bu təhlil və məntiqə əsasən, qanı qılınca qalib etdi. Bu, Məhərrəm ayının və İmam Hüseynin xatirəsinin yad edildiyi məclislərin nemətinin təsirlərinin bir nümunəsidir ki siz gördünüz.

 

* Hüseyn İbni Əli (ə)-nin İslam ümmətinə verdiyi dərs bundan ibarətdir ki, haqq yolunda, ədalət yolunda, ədaləti bərqərar etmək uğrunda, zülmlə mübarizə aparmaq üçün həmişə hazır olmaq lazımdır və öz sərmayəni meydana gətirmək lazımdır.

Teqlər