Apr 08, 2022 18:30 Asia/Baku
  • Sionist rejim başçısı İlham Əliyevi işğal olunmuş ərazilərə dəvət edib

Sionist İsrail rejiminin başçısı İsxak Hersoq Azərbaycan Respublikası prezidenti İlham Əliyevə ünvanladığı məktubda onu işğal olunmuş Fələstinə səfərə dəvət edib.

Azərbaycan Respublikası ilə sionist rejim arasında əlaqələrin 30 illiyi münasibəti ilə ünvanlanan məktubda sionist başçı cari ildə Azərbaycanın işğal olunmuş fələstin ərazilərində səfirliyinin açılacağına ümidvarlığını bildirib.

Sionist rejimin başçısı bu rejim tərəfindən işğal olunmuş Fələstin ərazilərində Azərbaycan Respublikası səfirliyinin açılış mərasimində iştirak üçün İlham Əliyevi dəvət edib.

Prezident İlham Əliyevin isə İsrail rejiminin başçısı İsxak Hersoqa məktubunda deyilir ki, ötən 30 ildə siyasi, iqtisadi, hərbi-texniki, səhiyyə, mədəni və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıqlar yüksələn xətt üzrə inkişaf etmişdir.

İlham Əliyev Azərbaycan Respublikası ilə sionist rejim arasında əməkdaşlıqların daha da dərinləşəcəyinə inandığını bildirib.

Teqlər