Eşq Elçisi (Audio -Radiotamaşa)
60-cı hicri-qəməri ilində Müaviyə Əbusofiyanın olğlu öldü və qabaqcadan təyinolunmuş oğlu xəlifəlikə taxtında oturdu.
Ərdəbilin Radiotamaşa qrupu təqdim edir: Eşq Elçisi
Yazıçı :Əsqər Təqai
Rolları ifa edənlər: Əmin Rəsuli- Höccətullah Babai - Yusif Cavid - Davər Fərmani və Siyamək Şagirdi.
Səs mühəndisi : Səid Qubadi
Produser və rejissor : Əmin Rəsuli
60-cı hicri-qəməri ilində Müaviyə Əbusofiyanın olğlu öldü və qabaqcadan təyinolunmuş oğlu xəlifəlikə taxtında oturdu. Yəzid İbni Müaviyə ya güc yada gızıl gümüş ilə ərəblərin böyüklərindən Yəzid üçün beyət almışdır. Bu ara 4 nəfər qalmışdı. Müaviyə öləndən sonra Yəzid mədinənin valisinə bir məktub göndərdi və ondan istədi ki İmam Hüseyn (ə)-dan ki o 4 nəfərdən biri idi beyət alsın. Mədinənin valisi (Vəlid İbni Otbə)-nin məclisində İmam Hüseyn (ə) buyurdu: Mən Yəzid kimi bir fasiq, zalım və hörmət sındıran kimsə ilə beyət etmərəm. Yəzid İmam Hüseyn(ə)-ın inam etiqadından agah olarkən Vəlidə İmam Hüseyn(ə)-ın qətlinə sərəncam verdi . Hüseyn (ə) Yəzidin bu qəsdindən xəbərdar olarkən ailəsi və ƏHli Beyt ilə Mədinədən çıxdı. İmam Hüseyn (ə) Bilirdi ki Yəzidin adamları onu öldürmək qərarına gəlmişlər. İmam Hüseyn (ə) istəmirdi Allah evində qan tokülsün, o karvanını Məkkədən çıxartdı . Bu ara kufəlilər yüzlərcə məktub yazıb və məktubda İmam Hüseyn (ə)-dan istədilər Kufəyə gəlsin...