Okt 14, 2015 20:01 Asia/Baku
  • “Ləbbeyk ya Hüseyn!” şüarı insanları məqsədlərinə çatdırır.
    “Ləbbeyk ya Hüseyn!” şüarı insanları məqsədlərinə çatdırır.

“Ləbbeyk ya Hüseyn!” şüarı insanları məqsədlərinə çatdırır.


Məzlumların fəryadına cavab olaraq ucalan “Ləbbeyk ya Hüseyn!” şüarı qələbənin işıltısıdır 1400 ildir “Həl min nasirin yənsuruni” fəryadına “Ləbbeyk ya Hüseyn!” cavabı eşidilməkdədir. Bu şüarı səsləndirənlər hər zaman qələbəyə çatıblar. Qələbə “Ləbbeyk ya Hüseyn!” şüarının altındadır. Despotizmə, diktaturaya, köləliyə, təcavüzə qarşı, insanlığın məhv olmaması üçün səsləndirilən “Ləbbeyk ya Hüseyn!” şüarı insanları məqsədlərinə çatdırır. “Ləbbeyk ya Hüseyn!”, yəni sənin yolunda mənim üçün daha dəyərli, daha əziz heçnə yoxdur. Sənin fəryadına cavab vermək üçün mənə heçnə maneə deyil. Livanda bu şüar altında birləşən Əhli-Beyt (ə) ardıcıllarının öz torpaqlarını necə müdafiə etdiyini gördük. Bu gün İraqda “Ləbbeyk ya Hüseyn!” şüarı altında birləşən ordunun zombiləşmiş, silahsız insanları öldürən, qadınları zorlayan vəhhabi təfəkkürünü necə param-parça etdiyinin şahidi olduq. Bu həmin vəhhabilərdir ki, ordu ilə üz-üzə gəlməyə cürətləri çatmadığından azyaşlılara partlayıcı bağlayıb ordunun üzərinə göndərirlər. Bu həmin vəhhabilərdir ki, müqavimət göstərməyə gücü çatmayan insanların başlarını bədənlərindən ayırırlar. Bu həmin vəhhabilərdir ki, “Ləbbeyk ya Hüseyn!” nidasını eşitdikdə qadın paltarları geyinərək canlarını qurtarmağa çalışırlar. Bu həmin vəhhabilərdir ki, ordu qarşısında paltarını bulayan, ağlayan, tarixi məhv edən, kilsələri, məscidləri ziyarətgahları dağıdırlar. Bu həmin vəhhabilərdir ki, müsəlmanların dostları ilə düşmən, düşmənləri ilə dostluq edirlər. Bu həmin vəhhabilərdir ki, nə sünniləri qəbul edirlər, nə də şiələri. Amma Tikritdə məğlubiyyət qazananda haray çəkdilər ki, “ay aman şiələr sünniləri öldürür, köməyə gəlin!”. Bu həmin vəhhabilərdir ki, ancaq özlərinə zülm edirlər. “Mə razəqnakum və mə zəlamunə vələkin kənu ənfusəhum yəzlimun” (Bəqərə 57). “Ləbbeyk ya Hüseyn!” dönüş nöqtəsidir. “Varmı mənə kömək edən?!” fəryadına “Ləbbeyk ya Hüseyn!” olaraq cavab verən hər bir insan həyatının dönüş nöqtəsini edir. “Ləbbeyk ya Hüseyn!” şüarını səsləndirənlər “Minəl mumininə ricalun sədəqu mə əhədullahə ələyh...” (Əhzab 23) ayəsini daha yaxşı mənimsəyiblər. Onlar Allaha verdiyi əhdə sadiq olub, şəhid edilmələrini gözləyirlər. “Ləbbeyk ya Hüseyn!”, yəni sizin arxanızda Qərb və Şərq dayansa belə, biz qalibik. Bizim üstümüzdə dalğalanan “Ləbbeyk ya Hüseyn!” bayrağı yerə düşməyəcək. Bu bayraq Həzrəti Əbəlfəzlin qaldırdığı bayraqdır ki, əsrlər boyu zülm dağlarını yararaq bu günə gəlib çatıb. Bu bayraq neçə-neçə utopiya rejimlərini məhv edib, sarsıdıb və haqq bayrağını insanlıq üzərində dalğalandırıb. Çünki, haqq gəlddikdə batil məhv olmağa məhkumdur: “Caəl həqq, zəhəqəl batil. İnnəl batilə Kanə zəhuqa!” (İsra 81) Biz də “Ləbbeyk ya Hüseyn!” deyərək öz torpaqlarımızı zülmkarlardan geri alacağıq, Xocalıda etdiklərinin əvəzini soruşacağıq. Çünki yenilməz qüvvət sahibi və intiqam alan Allah, qisasda bərəkət qoyub. Təbii ki, haqqın bərpası üçün intiqam almaqdır. Təbii ki, “Ləbbeyk ya Hüseyn!” bayrağı altında birləşən qüvvə öz iradəsi ilə deyil, Allahın iradəsi ilə qalib gəlirlər. Çünki Allah özü buyurub: “Və kənə haqqan ələyna nəsrul muminin” (Rum 47) “Ləbbeyk ya Hüseyn!” şüarı səsləndirənlər Həzrəti İmamın (ə.f) zühuruna tələsənlərdir. Özünü İmama (ə.f) çatdırmaq istəyənlərdir. Və ən kütləvi şəkildə bu şüar İmamın(ə.f) zühuru zamanı səsləndiriləcək. Allah bizi də bu şüarı layiqincə deyə bilən əhdə vəfa edənlərdən qərar versin!. Amin.
Mənbə : İslamazeri



Teqlər