Eşq Matəmində (Audio)
Mahi məhərrəm oldu şəfəqdən çıxıb hilal Qılmış əza töküb qəde xəm birlə əşki ah Övlade Müstafayə mədəd qılmamış Fərat Keçirməsinmi yerlərə onu bu infial
Məhərrəm ayı Həzrət Əba Əbdillahil Hüseyn , Həzrət Əbəlfəzlil Əbbas və bütün Kərbəla şəhidlərinin şəhid olmasının xatirəsini şiələrin yaddaşında canlandırır.
AZərbaycan ədəbiyyatında mühüm hissələrdən biri Azərbaycanın mərsiyə ədəbiyyatıdır . Çox böyük şairlərimiz bu vadidə özlərindən çox gözəl və qalargı əsərlər yazıb yaradıblar və özlərindən yadigar qoyublar. Növhə şerlərini Seyid İmadiddin , Molla Məhəmməd Füzulinin əsərlərində görürük ki təşəyyü rəmzi kimi Azərbaycan ədəbiyyatında özünü göstərir. Əlbəttə sonrakı güclü şairlərimiz də bu ədəbiyyatı davam etdirib və özlərinin öz zövqlərini bu vadidə göstəriblər...
Bütün bu şerlərdə Kərbəla hadisəsi və İmam Hüseyn (Ə0 və vəfalı əshabının şəhid olması macərası nəzərdə tutulub, anca məsumlarımız haqda da başqa başqa gözəl şerlər yazıb və yadigar qoyulub.