İmam Xomeyni (r.ə)-in Məhərrəm ayı çıxışlarından
Salam olsun bir ovuc tərəfdarı ilə birlikdə xəlifət qəsbkarları tərəfindən törədilən zülmü aradan qaldırmaq üçün ayağa qalxan Hüseyn ibni Əliyə (ə)
O tərəfdarlarının sayı acısından az olduqlarına rəğmən, zalimlərlə
iş birliyi xəyalına yol vermədi. Kərbəlanı özü, övladları və azsaylı
səhabələrinin ölüm yeri qərar qıldı və “Heyhat minnəz zillə” (“Zillət
bizdən uzaqdır”) fəryadını Haqqın axtarışında olan insanların
qulağlarına çatdırdı.” İmam Xomeyni, “Səhifəyi-İmam”, c.20, s.87
Məhərrəm – qəhrəmanlıq, igidlik və fədakarlıq ayıdır. Qanın
qılınca qələbə çaldığı bir aydır. Haqq gücünün batili əbədiyyən məhkum
edərək, boş batil düşüncələr, şeytani hökumətlər və zalimlər cəbhəsi
üzərinə vurduğu bir aydır. Tarix boyunca nəsillərə zəfər yolunu mizraq
üzərində öyrədən bir aydır. Super güclərin “Haqq” kəliməsi qarşısında
məğlub olacaqlarını sübut edən bir aydır. Müsəlmanların İmamının tarixin
zalimləri ilə mücadilə yolunu bizlərə öyrətdiyi bir aydır.
Azadlıq istəyənlər, özgürlüqçülər və haqqı hayqıranların sıxılmış
yumruğunun tanklar, tüfənqlər ve şeytanın ordusu üzərində qalib gəlməsi
və “Haqq” kəliməsinin batili yox etməsi gerçəkləşdirən bir aydır.
Mühərrəm, ədalətin zülm qarşısında, haqqın batil önündə qiyam etdiyi bir
aydır və tarix boyunca haqqın daima batilə qarşı zəfərə nail olacağını
isbatlanmışdır.
Mühərrəm, İslamın mücahidlər və məzlumların seyyidi vasitəsiylə
yaşadıldığı, fasiqlərin qəsdləri və İslamı uçurumun kənarına gətirən
Bəni Üməyyə rejimindən qurtarıldığı aydır. İslam yarandıqdan etibarən
şəhidlər və mücahidlərin qanları ilə sulandı və nəticəsinə çatdı.
Mühərrəm şiəlik məktəbi üçün fədakarlığın və qanın qələbə gətirdiyi aydır.
Mühərrəm nə qədər müsibətçi, kədər verən olsa da, eyni zamanda fədakar
və mübariz bir aydır. Mühərrəm, şəhidlərin böyük rəhbəri və Allah
vəlilərinin öndərlərinin qiyam ayıdır. Tağutlar qarşısında ki, öz qiyamı
ilə insanlığa yaradıcılıq və mübarizə dərsi vermiş, zalimin yox
edilməsi və sitəmkarın yenilmə yolunu, fəda etmək və fəda olmaqla
öyrətmişdir. Bu da öz-özünə bütün millətlər üçün zamanın axırına qədər
İslam təlimlərinin təməlini təşkil edir.
Məhz Mühərrəm və Səfər ayları İslamı qorumuşdur.
Mühərrəm və Səfəri Əhli-Beyt (ə)-ın müsibət zikri ilə canlı tutmamız
gərəkdir, çünki bizim əqidəmiz indiyə qədər məhz Əhli-Beyt (ə)-ın
müsibət zikirləri ilə canlı qalmışdır.
Mühərrəm, xalqın haqq məsələləri duymaq üçün gəldiyi bir aydır.
Mühərrəm ayı sanki ilahi bir qılınc kimi, İslam əsgərləri, möhtərəm
ruhanilər, dəyərli xətiblər və Seyyid-üş Şühədanın yüksək məqamlı
şiələrin əlindədir. Ondan ən son həddə qədər istifadə etmələri gərəkdir.
İlahi gücə arxalanmaqla bu zülm və həyanət ağacının geridə qalan
köklərini də kəssinlər. Axı Mühərrəm yezidsifət güclərin və şeytani
hiylələrin məğlubiyyət ayıdır.