Okt 26, 2015 14:37 Asia/Baku
  • İmam Səccad (ə)-ın şəhadəti münasibəti ilə başsağlığı veririk.
    İmam Səccad (ə)-ın şəhadəti münasibəti ilə başsağlığı veririk.

İmam Zeynəlabidin (ə)-ın şəhadəti münasibəti ilə başsağlığı veririk.


İmam Səccad (ə) atası İmam Hüseynin (ə) şəhadətindən sonra müsəlmanların İmamət və vilayətini öhdəsinə götürdü.


İmam Baqirdən (ə) nəql edilir: “Atam namaza zəif bir kəndir kimi böyük Allah qarşısında dayanardı. Bədinin üzvləri Allah qorxusundan titrəyərdi. Sanki axırıncı namazını qılan insan kimi namaz qılardı”. Məsum İmamlar (ə) sözün əsl mənasında bizim üçün Qiyamət gününə qədər nümunə və ülgüdürlər. Biz müsəlmanların üzərindədir ki, onların rəftar və əxlaqına əməl etməklə, öz vəzifəmizə riayət edə bilək.


O zaman Kufə şəhəri Əhli-Beyt (ə) davamçılarının toplaşdıqları şəhər idi, ona görə də onları məhv etmək əsas hədəf idi. İmam Hüseynin (ə) həqiqi şiələri Kərbəlada şəhid oldular. O kəslər ki, sağ qalmışdılar, İbni Ziyadın yaratdığı ağır şəraitdə özlərini göstərə bilmirdilər. Onlar Kərbəla hadisəsindən sonra ağır ruhi və fikri bir dönəmdə idilər. Düşmənlər belə xəyal edirdilər ki, Aşura hadisəsindən sonra daha heç bir Əhli-Beyt (ə) davamçısı və onların rəhbərləri qüdrət əldə edə bilməyəcəklər. Ancaq bu batil bir xəyal idi, İmam Səccad (ə) çoxlu səylər nəticəsində Əhli-Beyt (ə) davamçılarına yeni həyat bəxş etdi. İmam Baqirin (ə) və İmam Sadiqin (ə) zamanında həqiqi həyat üçün zəminə hazırladı.


İmam Səccad (ə) 34 il ərzində müsəlmanlara rəhbərlik etdi və onları ağır şəraitlərdən qurtara bildi. Bu dövlərdə çox sayda fitnələr, təhriflər, batil qiyamlar baş vermiş və çox sayda Əhli-Beyt (ə) davamçısı qətlə yetirilmişdi.


İmam Səccad (ə) Mədinə şəhərinə daxil olanda gördü ki, Kərbəla hadisəsi insanlara çox pis təsir etmişdir. Belə ki, bəziləri güman edirdilər ki, Əhli-Beyt (ə) davamçıları bir daha elm iddiasınada ola bilməyəcəklər və onların işi sona çatmışdır. Ya da ən azı idarə məsələlərində və siyasi aləmdə bir iş görə bilməyəcəklər.


Əlbəttə bu, düz idi ki, müsəlman cəmiyyəti Kərbəla hadisəsindən sonra Əməvilər ilə vuruşmağa kifayət qədər gücləri yox idi. Ancaq onlar başa düşdülər ki, Əməvilər öz dünya istəklərinə çatmaq və müsəlmanlara rəhbərlik etmək üçün hər bir cinayəti törətməkdən çəkinmirdilər. Ona görə də dördüncü İmam (ə) müsəlmanların mənəvi və ruhi tərbiyəsi ilə məşğul olmuşdu.


İmam Səccadın (ə) dövründə bir neçə qiyam baş vermişdi. Əhli-Beyt (ə) davamçıları Məsum İmamların (ə) məzlumiyyətini müdafiə etmişdilər.


Bu qiymlardan biri də Təvvabinlərin qiyamıdır. Kufə camaatı Süleyman ibni Xəzayinin rəhbərliyi altında bir neçə min döyüşçü ilə bu qiyamda iştirak etmişdilər. Deyilənə görə onlar Məsum İmamın (ə) vilayətini qəbul edirdilər, ancaq qələbə çalsaydılar, görəsən rəhbərliyi İmam Səccada (ə) verəcəkdilərmi?


Bu qiyama Kərbəla hadisəsindən sonra gizli şəkildə başladılmışdı. Ancaq 64 və 65-ci illərdə öz pik nöqtəsinə çatdı. İbni Ziyad üçün təhlükəli idi. Onlar deyirdilər ki, biz İmam Hüseyni (ə) öldürməyimizə görə çox peşmanıq. Öz qana batmış ətəklərini paklamaq üçün qılınca əl atırdılar. Onlar vicdan əzabı çəkirdilər. Vicdanlarını sakitləşdirmək üçün vuruşmaq istəyirdilər. Onlar fəryad çəkiridlər ki, biz bu dünyadakı həyatımızdan bezarıq. Onlar Əməvilərlə vuruşda məğlub oldular və şəhid edildilər.


Təvvabinlərdən sonra Kufədə Muxtar ibni Səqəfi qiyama başlayır. Hədəf daha çox siyasi olsa da, ancaq Əməvi rejimini məhv etmək üçün mühüm rola malik idi. O, fikirləşirdi ki, əgər qələbə çalarsa, hakimiyyəti Əli ibni Hüseynə (ə) versin. Ona görə də dördüncü İmama (ə) məktub yazaraq, icazə istəyir, ancaq o, imtina edir. İmam Səccad (ə) ölkədəki şəraiti buna hazır görmürdü. Muxtar Muhəmməd ibni Hənəfiyə məktub yazır, ancaq o, mənfi cavab vermir. Muxtar qiyama hazırlaşır. O, əvvəl qoşun toplayır, ilk olraq, İbni Ziyadın və Ömər Sədin başını kəsir. İmam Səccadın (ə) yanına göndərir və İmam (ə) da şükür səcdəsi edərək buyurur: “Allah Muxtara xeyirli əcr versin”. Ancaq onun qiyamı az bir müddətdə davam gətirə bildi və 67-ci ildə Zubeyrin oğlu tərəfindən məhv edildi.


Muxtar Əhli-Beyt (ə) davamçıları üçün xidmət etdi, ancaq insanları əsl düşməndən qafil etmişdi. Buna görə də İmamlar (ə) onu məzəmmət etmişdilər. 


Abdullah ibni Hənzəlinin başçılığı ilə də kiçik bir qiyam baş vermişdi. Ancaq İmam (ə) bitərəfliyini bildirmiş və Mədinədən xaric olmuşdu. Qan tökülməsin deyə bir neçəsinə pənah yeri də vermişdi.


İmam (ə) görürdü ki, insanlar qiyama qalxan zaman qətl edilirlər. Bu da dinin əsasının aradan getməsinə gətirib çıxarırdı. Peyğəmbər (s) nəslindən tək qalan Məsum (ə) olduğu üçün bu işdən çəkinirdi. Onu İslamın xeyrinə görmürdü. Onun əsas hədəfi fədakar və agah, İslam maarifini və dini əhkamları bilən insanların tərbiyə edilməsi idi. Çünki belə insanların hesabına İslami dəyərlər yaşadıla bilirdi.


Teqlər