Bahar Nəğməsi -4 (Audio)
Mart 19, 2016 02:56 Asia/Baku
Novruz təbiətin yenidən canlanması deməkdir.
insanlar bayramqabağı mənzillərini təmizləyər və bununla da sanki qışdan yığılıb qalan bütün kir-pası atar ki, yeni ilə təmiz çıxsınlar. Uzun əsrlər boyu formalaşan inanca görə, yeni ili necə qarşılasan, il boyu eyni şəkildə davam edəcəksən. Bu səbəbdən də insanlar təkcə ev-eşiklərini yır-yığış etmir, eyni zamanda uşaqlara və özlərinə təzə libas alırlar. Bayram günü yaxınlaşdıqca insanlar biş-düşlərini edər, şirniyyatlarını bişirər, çərəzlərini hazırlayarlar.