Güllü Budaq - 2 (Audio)
Güllü Budaq verilişində klasik şairlərimiz haqda söhbət gedir. Bu verilişdə isə Həkim Ləliye Təbrizi haqda məlumat verilir.
Boynuma kakilin ey şux kəmənd eyləmisən
Bir uzun fikrə mənim başımı bənd eyləmisən
Sayeye mərhəmətin başıma düşməz nə səmər
Ucadıb qəddivi bir sərv-i bülənd eyləmisən
Bir nəfəs ləle ləbin zikri dilimdən düşməz
Məni tuti kimi təryakiye qənd eyləmisən
Afəte çəşmidən ey nöğbəçə təşviş etmə
Könlümün mücməre hüsnündə sipən eyləmisən
Bu gözo qaşivə qurban olum ey məhparə
Məni bu qaşo gözündən giləmənd eyləmisən
Hamı heyran dolanır dayereye zülfündə
Neçə divanə bu zənciridə bənd eyləmisən
Özüvə nəzr deyibsən məni qurban edəsən
Mənə zibəndədi sən hər nə pəsənd eyləmisən
Cümlə aşiqlərin azad gəzər aləmdə
Bircə Ləlini giriftari kəmənd eyləmisən
Həkim Ləli H-Q 1252-ci ildə, 1830-cu milad ilində İrəvan şəhərində dünyaya göz açıb və 20 yaşında ikən atası Hacı Ağa Mirza lə Təbriz şəhərinə gəlib və Mirza Cəlil sarayında çalışıb. Öz istedadlarına görə ticarəti buraxıb və ilk təhsilatı kəsb etməyə başlayıb...