Dek 16, 2015 00:22 Asia/Baku
  • Olmasaydı bir adın ya Rəbb, “Rəhmanirrəhim”
    Olmasaydı bir adın ya Rəbb, “Rəhmanirrəhim”

Olmasaydı bir adın ya Rəbb, “Rəhmanirrəhim”, Bizdə nə iman olardı, nə “siratəlmüstəqim”.

Olmasaydı bir adın ya Rəbb, “Rəhmanirrəhim”,

Bizdə nə iman olardı, nə “siratəlmüstəqim”.

Cümlə mövcudatə Rəhmansan, sənə həmta hanı?

Harda bir rəhmi olan varsa, keçib səndən rəhim.

Ədl ilə səkkiz qapı açdırmısan rizvanə sən,

Qəhrin azdır ədldən, bir qapı əskikdir cəhim.

Ədl ilə təqsim edərsən rövzeyi rizvanı sən,

Şübhəsiz təqsiri var, kafər oolubsa müttəhim

Səndən özgə kimsəyə ümmidi yoxdur könlümün,

Hər iki dünyadə, ey izzətli sultanım, şəhim.

Gözlərim ecazivə baxdıqca heyrətdən donar,

Doldurar aləmləri dil açdığımda “bəhbəh”im.

Sənsən ilhamı verən şairlərə, həm Mailə,

Olmasan, dövr eyləməz nə afitabım,nə məhim.

/Zəhra-yolu/

Müəllif: Hacı Mail Əliyev

Teqlər