Sinə Dəftərindən - 5 (Audio)
Dek 28, 2015 18:18 Asia/Baku
Elm, bilik və ağıl haqda atalar sözü: Bacarıq ağılın nişanəsidir.
Ömrüm dağda daşda keçibdir mənim
Sındırım qayalar dəf eyləmişəm
Qəlbimə o qədər dəyiblər mənim
Mənsə bağışlayıb əfv eyləmişəm
İncimədim heç vaxt dostun sözündən
çünki keçə bilmədim dostun özündən...
Atalar sözü və məsəllər Azərbaycan folkulorunun epik janrları arasında geniş yayılmışdır. Xalqın uzun əsirlər boyu əldə etdiyi təcrübələrin ümumiləşmiş yekunu nəticəsi olan atalar sözü və məsəllər türk xalqları arasında bir çox hallarda cəmiyyətdə əxlaq kodeksini əvəz etmişdir.
Bu janrın ilk örnəkləri Mahmud Kaşğərin "Divan-i Luğat-i Türk" və kitab-i Dədəqurqud kimi klasik yazılı abidələrdə özünə yer tapmışdır. ...