Sinə ِِِDəftərindən -15 + (Audio)
Avq 17, 2016 13:38 Asia/Baku
Laylalar dünyası nədir?
Süfrənin yaraşığı qonaq, evin yaraşığı uşaqdır.- deyiblər analarımız. Analarımız südəmər uşağını əmizdirəndən sonra onu beşih ya qucağında sağlayıb yatırmağa çalışan zaman özəl ahənglə bir sıra sözlər zümzümə edərlər ki onlara Layla deyərlər...