Söz Buqçası-12+(Audio)
Avq 28, 2016 08:42 Asia/Baku
Ata-baba sözü : Xeyir söylə qonşuva, xeyir çıxsın qarşıva.
Gəl gülüm, gəl sevgilim ey şirin dadım mənim
Gəl ki qıl ömrüm günüm ləzzətli hərzadım mənim
Ayrılıqdan bağrıma düşmüş qara xal yan-bə-yan
Gəl ki qoyma çox ucalsın ərşə fəryadım mənim
Həyat gözəlliklər ilə doludur və hər kim gözəl yaşaya nemət və bərəkətləri qazanacaqdır.
Həzrət Məhəmmdə(s.ə) buyurmuşdur: Yaxşılıqları unudmayın, bir-birizə yaxşılıq edin. Canım əlində olana and olsun nemət və sağlamlıq yaşxılıqdadır.
Həzrət Əli(ə): Niyyət yaramaz olsa yaxşılıq aradan götürülər.