May 24, 2017 15:09 Asia/Baku

Məşğulluq sahəsində görülən işlər öz nəticəsini verməkdədir və ucqar məntəqələrdə belə bu sahədə görülən işlər artıq bu gün öz bəhrəsini verir.

İranın Pakistan ilə sərhədlərində yerləşən Mircave məntəqəsində, Siyah Cəngəl ərazisində salınmış ilk qızıl gül bağı artıq öz bəhrəsini verməyə başlayıb. Bu günlər kənd sakinləri məhsul toplamaq və gül suyu hazırlamaqla məşğuldurlar.

İlk məhsul yığımının sevinci. Mircave sərhəd məntəqəsində salınmış bu gül bağı 3 il öncə gül qələmlərinin əkilməsi ilə formalaşıb. İndi isə bu gül bağında ilk məhsul  yığımı gerçəkləşir.

 

Kəhrazəhi – Mircave Əkinçilik İdarəsinin müdiri:

Layihənin əvvəlində bu gül bağından 1000 litir gülb istehsal etmək üçün 500 kq məhsulun toplanacağı proqnoz edilmişdi və hazırda gül bağının ümumi sahəsinin 100 hektara çatdırılması planlaşdırılır.

 

Siyah Cəngəl kənidində məhsul yığımı İyun ayının əvvəllərinə kimi davam edəcək.

 

Kənd sakini:

Məşğulluq baxımından çox yaxşıdır və kənd sakinləri bu yolla artıq gəlir əldə edə bilərlər.

 

Kənd sakini:

Gül yığmaqla məşğuluq. Səhər saat 7-dən məhsul yığımına başlayırıq.

 

Gülləri topladıqdan sonra gül suyunun hazırlanmasına başlanılır.

 

Kənd sakini:

Gülləri iri qazana tökərək, gül suyu hazırlayırıq.

 

Gül suyunun gözəl ətri ətrafa yayılır və müştəriləri özünə cəlb edir.

 

Kənd sakini:

Gülabı dondurma istehsalçılarına satırıq. Artıq qalanını isə Mircave və Zahidan şəhərlərinə göndəririk. Bir litir gülabın dəyəri isə təqribən 15 min tüməndir.

 

Kənd sakini:

Biz dondurma hazırlayırıq.

 

Daha öncə gül suyunu haradan alırdınız?

 

Kənd sakini:

Daha öncə Zahidandan əldə edirdik. Amma, indi öz kəndimizin yerli məhsulundan istifadə edirik.

 

Əldə edilmiş məhsulun yüksək keyfiyyətli olması isə, gülçülük təsərrüfatının burda daha da genişləndirilməsinə imkan verir.