Ləbbeyk ya Hüseyn: Haqq gəldi, batil məhv oldu
“Ləbbeyk ya Hüseyn!” şüarı insanları məqsədlərinə çatdırır.
Məzlumların
fəryadına cavab olaraq ucalan “Ləbbeyk ya Hüseyn!” şüarı qələbənin işıltısıdır
1400 ildir “Həl min nasirin yənsuruni” fəryadına “Ləbbeyk ya Hüseyn!” cavabı
eşidilməkdədir. Bu şüarı səsləndirənlər hər zaman qələbəyə çatıblar. Qələbə
“Ləbbeyk ya Hüseyn!” şüarının altındadır. Despotizmə, diktaturaya, köləliyə,
təcavüzə qarşı, insanlığın məhv olmaması üçün səsləndirilən “Ləbbeyk ya
Hüseyn!” şüarı insanları məqsədlərinə çatdırır. “Ləbbeyk ya Hüseyn!”, yəni
sənin yolunda mənim üçün daha dəyərli, daha əziz heçnə yoxdur. Sənin fəryadına
cavab vermək üçün mənə heçnə maneə deyil. Livanda bu şüar altında birləşən
Əhli-Beyt (ə) ardıcıllarının öz torpaqlarını necə müdafiə etdiyini gördük. Bu
gün İraqda “Ləbbeyk ya Hüseyn!” şüarı altında birləşən ordunun zombiləşmiş,
silahsız insanları öldürən, qadınları zorlayan vəhhabi təfəkkürünü necə
param-parça etdiyinin şahidi olduq. Bu həmin vəhhabilərdir ki, ordu ilə üz-üzə
gəlməyə cürətləri çatmadığından azyaşlılara partlayıcı bağlayıb ordunun üzərinə
göndərirlər. Bu həmin vəhhabilərdir ki, müqavimət göstərməyə gücü çatmayan
insanların başlarını bədənlərindən ayırırlar. Bu həmin vəhhabilərdir ki,
“Ləbbeyk ya Hüseyn!” nidasını eşitdikdə qadın paltarları geyinərək canlarını
qurtarmağa çalışırlar. Bu həmin vəhhabilərdir ki, ordu qarşısında paltarını
bulayan, ağlayan, tarixi məhv edən, kilsələri, məscidləri ziyarətgahları
dağıdırlar. Bu həmin vəhhabilərdir ki, müsəlmanların dostları ilə düşmən,
düşmənləri ilə dostluq edirlər. Bu həmin vəhhabilərdir ki, nə sünniləri qəbul
edirlər, nə də şiələri. Amma Tikritdə məğlubiyyət qazananda haray çəkdilər ki,
“ay aman şiələr sünniləri öldürür, köməyə gəlin!”. Bu həmin vəhhabilərdir ki,
ancaq özlərinə zülm edirlər. “Mə razəqnakum və mə zəlamunə vələkin kənu
ənfusəhum yəzlimun” (Bəqərə 57). “Ləbbeyk ya Hüseyn!” dönüş nöqtəsidir. “Varmı
mənə kömək edən?!” fəryadına “Ləbbeyk ya Hüseyn!” olaraq cavab verən hər bir
insan həyatının dönüş nöqtəsini edir. “Ləbbeyk ya Hüseyn!” şüarını
səsləndirənlər “Minəl mumininə ricalun sədəqu mə əhədullahə ələyh...” (Əhzab
23) ayəsini daha yaxşı mənimsəyiblər. Onlar Allaha verdiyi əhdə sadiq olub,
şəhid edilmələrini gözləyirlər. “Ləbbeyk ya Hüseyn!”, yəni sizin arxanızda Qərb
və Şərq dayansa belə, biz qalibik. Bizim üstümüzdə dalğalanan “Ləbbeyk ya
Hüseyn!” bayrağı yerə düşməyəcək. Bu bayraq Həzrəti Əbəlfəzlin qaldırdığı
bayraqdır ki, əsrlər boyu zülm dağlarını yararaq bu günə gəlib çatıb. Bu bayraq
neçə-neçə utopiya rejimlərini məhv edib, sarsıdıb və haqq bayrağını insanlıq
üzərində dalğalandırıb. Çünki, haqq gəlddikdə batil məhv olmağa məhkumdur:
“Caəl həqq, zəhəqəl batil. İnnəl batilə Kanə zəhuqa!” (İsra 81) Biz də “Ləbbeyk
ya Hüseyn!” deyərək öz torpaqlarımızı zülmkarlardan geri alacağıq, Xocalıda
etdiklərinin əvəzini soruşacağıq. Çünki yenilməz qüvvət sahibi və intiqam alan
Allah, qisasda bərəkət qoyub. Təbii ki, haqqın bərpası üçün intiqam almaqdır.
Təbii ki, “Ləbbeyk ya Hüseyn!” bayrağı altında birləşən qüvvə öz iradəsi ilə
deyil, Allahın iradəsi ilə qalib gəlirlər. Çünki Allah özü buyurub: “Və kənə
haqqan ələyna nəsrul muminin” (Rum 47) “Ləbbeyk ya Hüseyn!” şüarı
səsləndirənlər Həzrəti İmamın (ə.f) zühuruna tələsənlərdir. Özünü İmama (ə.f)
çatdırmaq istəyənlərdir. Və ən kütləvi şəkildə bu şüar İmamın(ə.f) zühuru
zamanı səsləndiriləcək. Allah bizi də bu şüarı layiqincə deyə bilən əhdə vəfa
edənlərdən qərar versin!. Amin.
Mənbə : İslamazeri