Okt 18, 2015 20:07 Asia/Baku
  • Mühərrəm şiəlik məktəbi üçün fədakarlığın və qanın qələbə gətirdiyi aydır.
    Mühərrəm şiəlik məktəbi üçün fədakarlığın və qanın qələbə gətirdiyi aydır.

Salam olsun bir ovuc tərəfdarı ilə birlikdə xəlifət qəsbkarları tərəfindən törədilən zülmü aradan qaldırmaq üçün ayağa qalxan Hüseyn ibni Əliyə (ə)

O tərəfdarlarının sayı acısından az olduqlarına rəğmən, zalimlərlə iş birliyi xəyalına yol vermədi. Kərbəlanı özü, övladları və azsaylı səhabələrinin ölüm yeri qərar qıldı və “Heyhat minnəz zillə” (“Zillət bizdən uzaqdır”) fəryadını Haqqın axtarışında olan insanların qulağlarına çatdırdı.” İmam Xomeyni, “Səhifəyi-İmam”, c.20, s.87
  Məhərrəm – qəhrəmanlıq, igidlik və fədakarlıq ayıdır. Qanın qılınca qələbə çaldığı bir aydır. Haqq gücünün batili əbədiyyən məhkum edərək, boş batil düşüncələr, şeytani hökumətlər və zalimlər cəbhəsi üzərinə vurduğu bir aydır. Tarix boyunca nəsillərə zəfər yolunu mizraq üzərində öyrədən bir aydır. Super güclərin “Haqq” kəliməsi qarşısında məğlub olacaqlarını sübut edən bir aydır. Müsəlmanların İmamının tarixin zalimləri ilə mücadilə yolunu bizlərə öyrətdiyi bir aydır.
Azadlıq istəyənlər, özgürlüqçülər və haqqı hayqıranların sıxılmış yumruğunun tanklar, tüfənqlər ve şeytanın ordusu üzərində qalib gəlməsi və “Haqq” kəliməsinin batili yox etməsi gerçəkləşdirən bir aydır.
Mühərrəm, ədalətin zülm qarşısında, haqqın batil önündə qiyam etdiyi bir aydır və tarix boyunca haqqın daima batilə qarşı zəfərə nail olacağını isbatlanmışdır.
Mühərrəm, İslamın mücahidlər və məzlumların seyyidi vasitəsiylə yaşadıldığı, fasiqlərin qəsdləri və İslamı uçurumun kənarına gətirən Bəni Üməyyə rejimindən qurtarıldığı aydır. İslam yarandıqdan etibarən şəhidlər və mücahidlərin qanları ilə sulandı və nəticəsinə çatdı.
Mühərrəm şiəlik məktəbi üçün fədakarlığın və qanın qələbə gətirdiyi aydır.
Mühərrəm nə qədər müsibətçi, kədər verən olsa da, eyni zamanda fədakar və mübariz bir aydır. Mühərrəm, şəhidlərin böyük rəhbəri və Allah vəlilərinin öndərlərinin qiyam ayıdır. Tağutlar qarşısında ki, öz qiyamı ilə insanlığa yaradıcılıq və mübarizə dərsi vermiş, zalimin yox edilməsi və sitəmkarın yenilmə yolunu, fəda etmək və fəda olmaqla öyrətmişdir. Bu da öz-özünə bütün millətlər üçün zamanın axırına qədər İslam təlimlərinin təməlini təşkil edir.
Məhz Mühərrəm və Səfər ayları İslamı qorumuşdur.
Mühərrəm və Səfəri Əhli-Beyt (ə)-ın müsibət zikri ilə canlı tutmamız gərəkdir, çünki bizim əqidəmiz indiyə qədər məhz Əhli-Beyt (ə)-ın müsibət zikirləri ilə canlı qalmışdır.
Mühərrəm, xalqın haqq məsələləri duymaq üçün gəldiyi bir aydır.
Mühərrəm ayı sanki ilahi bir qılınc kimi, İslam əsgərləri, möhtərəm ruhanilər, dəyərli xətiblər və Seyyid-üş Şühədanın yüksək məqamlı şiələrin əlindədir. Ondan ən son həddə qədər istifadə etmələri gərəkdir. İlahi gücə arxalanmaqla bu zülm və həyanət ağacının geridə qalan köklərini də kəssinlər. Axı Mühərrəm yezidsifət güclərin və şeytani hiylələrin məğlubiyyət ayıdır.

Teqlər