Həzrət Rəsul Əkrəm (s)-ın pak əhli beytindən olan bu möhtərəm xanım Həzrət İmam Əli (ə)-ın istəkli qızıdır.
O həzrət təqva , ibadət və güclü nitq söyləməkdə atası Əli(ə) və anası Həzrət Fatimə (s) kimidir.
Həzrət Zeynəb (s) özünün bərəkətli həyatının bütün anlarında gecələri ibadət və ulu tanrı ilə raz-niyaz etməklə keçirirdi .
Zeynəb (s)-nın islamın xüsusiyyətləri və fəzilətləri ,o cümlədən elm , təqva , ismət , paklıq , həya və iman sahəsindəki bütün xüsusiyyətləri anası Həzrət Zəhra (s)-ə bənzəyir.