Bahar Nəğməsi -4 (Audio)
https://azeri.sahartv.ir/radio/münasibətlər-i211678-bahar_nəğməsi_4_(audio)
Novruz təbiətin yenidən canlanması deməkdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 18, 2016 23:26 Asia/Baku

Novruz təbiətin yenidən canlanması deməkdir.

insanlar bayramqabağı mənzillərini təmizləyər və bununla da sanki qışdan yığılıb qalan bütün kir-pası atar ki, yeni ilə təmiz çıxsınlar. Uzun əsrlər boyu formalaşan inanca görə, yeni ili necə qarşılasan, il boyu eyni şəkildə davam edəcəksən. Bu səbəbdən də insanlar təkcə ev-eşiklərini yır-yığış etmir, eyni zamanda uşaqlara və özlərinə təzə libas alırlar. Bayram günü yaxınlaşdıqca insanlar biş-düşlərini edər, şirniyyatlarını bişirər, çərəzlərini hazırlayarlar.