Sen 16, 2016 19:45 Asia/Baku
  • İmam Hadi(ə)-ın viladəti münasibəti ilə təbrik edirik
    İmam Hadi(ə)-ın viladəti münasibəti ilə təbrik edirik

Onikinci məsum, onuncu İmam Əliyyən-Nəqi (ə)- viladəti mübark

İMAMIN ŞƏXSİYYƏTİAdı: ƏliLəqəbi: Hadi və NəqiKunyəsi: Əbül-həsənAtası: Həzrət imam Muhəmməd Təqi (ə)Təvəllüdü: Hicri 214-cü ilİmamlıq müddəti: 34 ilÖmrü: 40 ilŞəhadəti: 254-cü Hicri-qəməri ilində Abbasi xəlifəsi Mötəz tərəfindən şəhid edilmişdir.Məzarı: İraq, Samirra şəhəri.

TƏVƏLLÜDÜHadi ləqəbi ilə məşhur olan imam Əliyyən-Nəqi (ə) 214-ci hicri-qəməri ilinin Zilhəccə ayının 15-də Mədinə yaxınlığındakı Surya adlı bir məntəqədə dünyaya gəldi. Atası imam Cavad (ə), anası isə təqvalı və fəzilətli bir kəniz olan Səmanə xanım idi. Həzrət (ə) 220-ci hicri ilində atasının şəhadətindən sonra imamlıq məqamına çatdı. Uşaq olmasına baxmayaraq bütün şiələrin diqqətini özünə cəlb etmişdi. Belə ki, Abbasi xəlifələri ondan çox çəkinir və onu müxtəlif yerlərə sürgünə göndərirdilər. Necə ki, Mütəvəkkil imamı Mədinədən Samirraya gətirdi və imam ömrünün axırına qədər orada qaldı.

İMAMIN ƏXLAQİ XÜSUSİYYƏTLƏRİHəzrət Hadi (ə) zöhd və təqva baxımından misilsiz idi. Misal üçün, Mütəvəkkilin məmurları onun evinə basqın etdikdə onu sadə bir otaqda ibadət halında görmüşdülər. O, Quranı çox sevər, xalqın işini sahmana saldıqdan sonra həmişə Quran oxuyardı. Camaatla xoş və gülərüzlə rəftar edər, ahəstə addımlarla yeriyərdi. Yoxsulların vəziyyəti ilə maraqlanar və bəzən otuz min dinara qədər pulu dar gündə olan yoxsullara bağışlayardı. Belə ki, bir gün Mütəvəkkil tərəfindən Həzrətə göndərilən 30 min dinarın hamısını yoxsul bir ərəbə bağışladı.Mütəvəkkilin anası imam Hadinin (ə) zöhd və imanına heyran olmuşdu. Bir gün ayağı yaralanmış Mütəvəkkili həkimlər sağalda bilmədikdə Mütəvəkkilin anası Fəth ibn Xaqanı o Həzrətin evinə göndərdi ki, imamdan dərman alıb gətirsin. Həzrətin göndərdiyi dərman Mütəvəkkili sağaltdı. Bütün həkimlər bu işə mat qalmışdılar. Anasının təşəkkür üçün göndərdiyi min dinarın hamısını Həzrət yoxsullar arasında payladı.

İMAMIN YOXSULLARA ETDİYİ KÖMƏKLİKLƏRBir gün rəssam Yunus qorxa-qorxa imamın hüzuruna gəlib belə dedi: «Ey Peyğəmbərin övladı! Mən öldürülmək ərəfəsindəyəm. Məndən sonra siz ailəmə baxarsız». Həzrət (ə) əhvalatı soruşduqda o, belə izah etdi: «Abbasilərin adamlarından biri mənə bir qaş-daş verib ki, üstünə rəsm çəkim. Lakin qaş-daşın üstündə işləyərkən yarı bölündü. Sabah qaş-daşı geri almaq üçün gələcəklər, əgər əhvalatı bilsələr, məni öldürəcəklər». İmam (ə) başını aşağı salıb dedi: «Sənin haqqında dua etdim. Arxayın ola bilərsən ki, onlar daha sənə heç bir ziyan yetirməyəcək. Əksinə bu iş sənin xeyrinə qurtaracaq».Sabahısı gün Yunus məmurlardan biri ilə ayaqları titrəyə-titrəyə həmin kişinin evinə getdi. Çox keçmədən evin yiyəsi gəlib ona dedi: «Ey Yunus! Qaş-daşın üstünə bir rəsm çəkəcəkdin. Lakin həmin qaş-daşın üstündə mənim iki qızım dalaşırlar. Əgər mümkündürsə, onu iki böl və hər birinin üstündə ayrı-ayrı naxış sal. Bu iş üçün sənə ayrıca bir mükafat da verəcəyəm». Yunus «icazə verin bu barədə bir az fikirləşim» - deyə oradan çıxdı və sevincək imamın hüzuruna gələrək ona etdiyi bu yaxşılıq üçün təşəkkür etdi.

ÇƏTİN DÖVRİmamların öz mübarizələrinə, eləcə də zülmkar hökmdarlara qarşı müxalifətlərinə davam etmələri islam və şiəlik tarixinin ən parlaq səhifələrindən sayılır. Onların zülmü ilə barışmamaları və yoxsulların tərəfini saxlamaları zülmkarları qəzəbləndirirdi.Həzrət Hadi (ə) həyatı boyu yeddi Abbasi xəlifəsini görmüşdü. Lakin o Həzrətin yaşadığı ən ağır dövr Mütəvəkklin xəlifə olduğu dövrdür. Çünki Mütəvəkkil çirkin, imansız və şöhrətpərəst bir adam idi. Zahirdə özünü dindar göstərsə də bu oyun, yalnız siyasi hədəflərini həyata keçirməkdən ötrü idi. Mütəvəkkil 226-cı hicri ilində əmr etdi ki, imam Hüseynin (ə) qəbrini Fərat çayının suları altında qoyaraq uçurdub yerində əkin əksinlər. Beləliklə də o, bu əməli ilə xalqı Kərbəla şəhidlərinin qəbrini ziyarət etməkdən məhrum qoymaq istəyirdi. Mütəvəkkil yaxşı bilirdi ki, bu qəbirlərdən hər biri ürəyi yanmış aşiqləri dünyanın hər tərəfindən özünə tərəf çəkən möhkəm bir səngərdir. Mütəvəkkil çalışırdı ki, xalqı Əli (ə) xanədanından uzaqlaşdırsın. Mütəvəkkil törətdiyi ağır cinayətdən (yəni imamı qətlə yetirməkdən) sonra heç vaxt rahatlığın nə olduğunu bilmədi və nəhayət şiə türklər tərəfindən öldürüldü.

İMAM HADİ (ə) VƏ QEYBDƏN XƏBƏRDARLIĞIBir gün yaltaq adamlardan biri Mütəvəkkilə belə dedi: «Siz nə üçün məmurlarınıza imam Hadiyə (ə) hörmət etmələrini və o içəri girəndə pərdələri qaldırmaları və qapıları açmalarını əmr edirsiniz? Bu işlər sizin şərəfinizi alçaldır. Qoy imam da başqa adamlar kimi gəlib getsin ki, xalqın gözündə nüfuzdan düşsün. Mütəvəkkil onun istəyini qəbul edib məmurlarına əmr etdi ki, imam gələndə pərdələri qaldırmayıb qapıları açmasınlar.Bir gün məmurlardan birisi qaça-qaça Mütəvəkkilin yanına gəlib dedi: «İmam gəlir, lakin hər qapıya çatanda qapılar öz-özünə açılır və pərdələr qalxırlar. Bu vəziyyət artıq hamının diqqətini cəlb edib, əgər belə davam etsə, imamın dəyəri və üstünlüyü hamıya bəlli olacaq, nəticədə isə sənin hökumətin təhlükəyə düşəcəkdir». Mütəvəkkil dərhal məmurlarına əmr etdi ki, imamla əvvəllər olduğu kimi davranaraq o Həzrətə daha artıq hörmət etsinlər.

HAQQ YOLUNDA ŞƏHADƏTBir gün Mütəvəkkil uşaqlarının müəllimi olan ibn Sikkitdən «mənim uşaqlarımı çox sevirsən, yoxsa Peyğəmbərin iki oğlu Həsən və Hüseyni?» - deyə soruşdu.O, dərhal və cəsarətlə belə cavab verdi: «Həzrət Əlinin (ə) qulu olan Qənbəri də səndən və sənin uşaqlarından daha artıq sevirəm!»Bu zaman Mütəvəkkil yerində qovrularaq ilan təkin dərhal əmr etdi ki, bu böyük şəxsiyyətin dilini peysərindən çıxarsınlar və beləliklə onu 58 yaşında ikən şəhid etdilər.

MÜTƏVƏKKİLİN ƏLİ (ə) XANƏDANINA OLAN EHTİRAMSIZLIGIMütəvəkkil israf etməkdə, eləcə də xalqın sərvətini boş yerə xərcləməkdə şöhrət qazanmışdı. Hətta günü bu gün də Samirra şəhərində mövcud olan qüllənin ucaldılmasında bir milyon yeddi yüz min qızıl dinar pul xərcləmişdi. Lakin bütün bunlara baxmayaraq Peyğəmbərin (s) övladını elə ağır vəziyyətə salmışdı ki, Peyğəmbərin qızları Mədinədə ip əyirməklə güzəranlarını təmin edirdilər. Hətta iş o yerə çatmışdı ki, əyinlərinə geymək üçün bir dənə təzə paltarları belə yox idi. Mütəvəkkil Əli (ə) övladları ilə sərt davranır, Əli (ə) düşmənlərilə dost, eləcə də onlara Əli (ə) və xanədanını ələ salıb təhqir etmək üçün külli miqdarda pul verirdi. Həmişə yanında bir təlxək də var idi ki, iyrənc rəftarları ilə Əlini (ə) lağa qoyub Mütəvəkkili güldürürdü.Mütəvəkkilin Əli (ə) övladlarına qarşı etdiyi hörmətsizlik hətta o dərəcəyə çatmışdı ki, bir gün öz məktublarının birində Mədinə valisinə belə yazdı: «Hər kim Əli (ə) xanədanına yardım etsə, yaxud onlarla oturub-dursa, onu ağır şəkildə cəzalandır!»Mütəvəkkil 243-cü Hicri-qəməri ilində imam Hadini (ə) Mədinədən Samirraya sürgün etdi və o Həzrəti oğlu imam Həsən Əskəri (ə) ilə birlikdə ömürlərinin sonuna qədər hərbi bazasının yanında nəzarət altında saxladı. Elə buna görə də 11-ci imam (ə) Əskəri ləqəbi ilə məşhur oldu.

İMAMIN ELMİ MƏQAMIHəzrət Hadinin (ə) elmi nübüvvət məktəbindən qaynaqlandığı üçün elm nuru mübarək ürəyinə saçılaraq onu yaradılış sirrindən xəbərdar edirdi. Onun elmi haqqında bir neçə örnəyi burada qeyd edirik:1. Bir gün Rum padşahı Abbasi xəlifələrindən birinə belə bir məktub yazdı: «İncildə oxuduğumuza görə səmavi bir surə vardır ki, hər kəs onu oxuyub əməl etsə, Allah onu cəhənnəmə atmayacaqdır. Bizə həmin surənin hansı surə olduğunu yazın. Çünki biz onu İncildə tapa bilmədik».Abbasi xəlifəsi bütün alimləri toplayaraq bu barədə onlardan soruşdu, lakin heç biri cavab verə bilmədi. Xəlifə imam Hadini (ə) də dəvət edərək həmin məsələni ondanda da soruşdu. İmam (ə) belə buyurdu: «O, hər bir müsəlmanın gecə-gündüz neçə dəfə namaz üstə oxuduğu “Həmd” surəsidir». Həzrət (ə) daha sonra bir sıra əlavə izahat da verərək bütün alimləri heyrətdə qoydu. İmamın verdiyi cavabı Rum padşahına göndərdilər. O da məktubu oxuyaraq sevindi və müsəlmanlığı qəbul etdi.

İMAMIN QEYBİ XƏBƏRLƏRİİmam Hadi (ə) Allah-Taala və qeyb aləmi ilə əlaqədar olduğuna görə o Həzrətdən bəzi möcüzələr görünmüşdür ki, Allahın qüdrətindən olan örnəklərdən sayılır.İmamın əshabından biri İraqdan Mədinəyə gəlib o Həzrətin hüzuruna yetişmək şərəfinə nail oldu. Həzrət (ə) ondan Abbasi xəlifəsi Əlvasiqin halını soruşdu. O, belə cavab verdi: «Mən İraqdan çıxdığım zaman xəlifə sağ idi, Mütəvəkkil zindanda idi və ibn Zəyyat xalq arasında məşhur olmşudu».İmam (ə) isə belə buyurdu: «Allahın istədiyi olacaq. Dostum, bunu bil ki, Vasiq ölüb, Mütəvəkkil onun yerinə keçib, ibn Zəyyat isə Mütəvəkkilin əmri ilə öldürülübdür».İmamın səhabəsi soruşdu: «Nə vaxt?»İmam (ə) buyurdu: «Sən Bağdaddan çıxdığın vaxtdan altı gün sonar».

Teqlər