Sen 21, 2016 19:32 Asia/Baku
  • Qədir-Xum xütbəsində İmam Əlinin (ə) tanıdılması

Qədir-Xum xütbəsində İmam Əlinin (ə) tanıdılması

Həzrət Peyğəmbərin (s) vida həccindən qayıdan zaman Qədir-Xum çölündə hüccətini tamamlayıb, İmam Əlini (ə) özündən sonra rəhbər və vəli elan etməsi – tarixin unudulmaz mühüm hadisələrindən biridir. Həzrət (s) bu səhrada unudulmaz bir xütbə söyləmişdir ki, həmin xütbədə vilayətin sirlərini açmış və insanlara həqiqi İlahi rəhbərin xüsusiyyətlərini bəyan etmişdir. İmam Əlini (ə) müsəlmanlara tanıtmış və əlindən tutub, onu özündən sonra rəhbər elan etmişdir.

Bu məşhur xütbədə Həzrət Peyğəmbər (s) İmam Əlini (ə) necə tanıdır? Həzrət Peyğəmbər (s) İmam Əlinin (ə) əlini tutub yuxarı qaldıran halda buyurur: “Ey insanlar! Bu Əli (ə) mənim qardaşım, vəsim, elm xəzinəsi, xəlifə və mənim ümmətə canişinimdir. Əli (ə) – Quranı təfsir edəndir. Odur insanları haqqa dəvət edən və odur Allahın razılığına səbəb olan hər şeyi yerinə yetirən. Odur Peyğəmbərin (s) xəlifə və canişini. Odur Əmirəl-möminin, Allah xəlqinin rəhbər və hidayət edəni. Odur Allahın əmri ilə nakəsinlərin, qasitinlərin, mariqinlərin qatili.

(Ey insanlar) O şeyi ki, Allahın əmri ilə deyirəm və bu, Allahın istədiyidir ki, Onun heç bir sözü mənim tərəfimdən dəyişdirilməsin. İndi deyirəm: “Allahım! Hər kim Əlini (ə) sevir, (onu) sev. Hər kim onunla düşməndir, (onunla) düşmən ol. Allahım! Hər kim Əlini (ə) inkar edər, (ona) lənət et və hər kim onun haqqını qəbul etməz, (onu) Öz qəzəbinə giriftar et!”.

Ey insanlar! Əlini (ə) hamıdan üstün bilin ki, məndən sonra hər bir qadın və kişidən daha üstün və daha yüksəkdir. (Bilin ki) Allah bizə xatir aləmdə olanlara ruzi verər və varlıq aləmi bərqərar olar. Hər kim mənim bu sözümü inkar edər – məlundur, məlundur və Allah dərgahında qəzəbə gələndir.

Allahım! Əgər indi Əlini (ə), Sənin vəlini öz canişimin təyin etdimsə, Sənin insanlar üzərində olan nemətinin tamamlanmaq və dinin kamala çatmasına səbəb olan əmri bəyan etdimsə hamısı-hamısı Sənin əmrinlə olmuşdur.

Allahım! Səni şahid tuturam və Sənin şahidliyin kifayətdir ki, mən öz təbliğ və risalət vəzifəmə əməl etdim.

Ey insanlar! Allah Təala sizin dininizin kamalını imamətdə və Əli (ə) vilayətində qərar vermişdir. Ona görə də hər kim ona və onun belindən, mənim canişin övladlarıma dünyanın axırıncı gününə qədər itaət etməzsə, əməllərinin məhv olmasına düçar olar və cəhənnəm atəşində cavidan halda əzab görər. Nə əzabı yüngülləşər və nə də ona nicat üçün möhlət və fürsət verilər.

Ey insanlar! Bu, Əlidir (ə) ki, mənə hamıdan daha çox yardım etmişdir və mənə hamıdan daha layiqlidir. İnsanların hamısından mənə daha yaxındır və mənim yanımda hər kəsdən daha sevimli və daha əzizdir.

Allah Təala və mən ondan razıyıq. Harada ki, Allah möminlərə xitab etmişdir, ilk növbədə ona nəzər salmışdır. Mədh olunan ayə yoxdur, məgər onun haqqında. “İnsan” surəsində yada salınan behişt onun üçündür.

Ey insanlar! Əli (ə) Allah dininin nasiri və Allah peyğəmbərinin (s) himayəçisidir. Odur təqvalı dindar, təyyib, tahir, yol göstərən və yol tapmış.

Peyğəmbəriniz (s) ən yaxşı peyğəmbər, onun vəsisi ən yaxşı vəsi, oğulları ən yaxşı vəsilərdirlər.

Ey insanlar! Hər bir peyğəmbərin (ə) nəsli onun belindəndir, ancaq mənim nəslim Əlinin (ə) belindəndir”. (Tebyan)

Teqlər