May 24, 2015 00:10 Asia/Baku
  • İslam mədəniyyəti və modernizm
    İslam mədəniyyəti və modernizm

İslam mədəniyyətini qərb mədəniyyətindən ayıran köklər və onun əsas xüsusiyyətləri...

 Hər bir mədəniyyətin özəllikləri və özünəməxsus xüsusiyyətləri vardır. Vəhyə söykənən İslam mədəniyyəti də bu qaydadan istisna deyildir. Aşağıdakı sadalananlar İslam mədəniyyətini qərb mədəniyyətindən ayıran köklər və onun əsas xüsusiyyətləri hesab edilə bilər:

1 – İlahilik, başqa bir sözlə desək Allahmərkəzlilik, Allahın mərkəz sayıldığı sivilizasiya və mədəniyyət. Dini mədəniyyətdə əsas və özül Allahın hakimiyyətdir. Bu insanpərəstlik amilini sıxışdıraraq şərçivəyə salır. Qərb təfəkküründə isə yersiz humanizm Allah və dini də insanın istəkləri istiqamətində fəda edir.

2 – Qeybə inam. Bu xüsusiyyət hələ də İslam mədəniyyətndə qorunub saxlanılır. Qərbdə olduğui kimi ifrat dünyavilik və materialist fəlsəfi fikirlərin təsiri altında aradan getməmişdir.

3 - Ənənəvilik. Moderinizm bütün sahələrdə ənənəyə arxa çevirib və onun xarabalıqları üzərində yeni bina ucaldır. Səbəbi budur ki, sünət və ənənə qərb moderinistlərinin tələbatlarını ödəməkdən aciz idi. Islam mədəniyyətində isə sünət və ənənələrin müasirliklə və hətta moderinizmlə ayaqlşa bilməsi, onların əsl və həiqiq köklərə söykənməsi, hər şeydən əsas ənənəçilik və sünnətçiliyə yer veilməməsi, ənənənin novatorluq və yeniçiliyin qarşısnda mülayimliyi və onları qəbul edib özünküləşdirə bilmək qabiliyyəti onun başqa mədəniyytlərədən fəqləndirdi.

4 – Ruh və o biri aləmə imam. Klassik din və İslam dünyagörüşündə bu dünya sonrakı aləmlər üçün müqəddimədir. Mənəviyyat madiyatın kənarında addımlayır, hər ikisinində öz yeri vardır. Qərb təfəkküründə maddə, materiya, cism və həyatı bu dünya ilə məhdudlaşdırmaq əsas aparıcı xətdir. Bu da qərbdə xoşagəlməz ictimai və əxlaqı hərəkət və şəraitin yaranmasına gətib çıxarıb.

6 – İdrak təcrübi elmlərlə məhdudlaşmır. İslamda xarci aləmin dərki yalnız dünyavi elmlər sayəsində ələ gəlmir. Epistemologiya yalnız maddə, materiya və təcrübəyə söykənmir. Xaric aləmlə əlaqə qurmaq, informasiyalar almaq üçün hiss orqanlarından başqa yollar da vardır. Qeyb aləminin yolu açıq, fövqəltəbii varlıqlarla kontakta girmək və misitik qavramalar mümkündür.


Teqlər