Nəyə görə Quranda eşitmək sözünün cəm şəkli gəlməyib?
-
Nəyə görə Quranda eşitmək sözünün cəm şəkli gəlməyib?
Qurani-kərimdə eşitmək sözünün tək şəkildə gəlməsinin iki səbəbi ola bilər
Məşhur İslam alimlərindən Şeyx Tusi özünün məşhur, «Təfsiri Tibyan»
kitabında tanınmış ədəbiyyatçıların birinin dilindən belə nəql edir ki,
Qurani-kərimdə eşitmək sözünün tək şəkildə gəlməsinin iki səbəbi ola
bilər:
Birinci, «eşitmək» sözü ərəb dilində bəzən, cismin cəm şəkli mənasında
işlədilir. Bu səbəbə görə bu sözün cəm şəkildə gəlməsinə ehtiyac yoxdur.
İkinci, Quran ayəsində «eşitmək» sözünün məsdər mənasında işlədilməsi
nəzərdə tutulsun. Məsdərin öz-özündə həm aza, həm dəçoxa dəlalət
etməsinə görə daha onu cəm şəklində gətirməyə ehtiyac yoxdur.
Bundan əlavə, bu fərqin elmi və zövqi cəhətini də qeyd etmək olar. O da
budur ki, dərk olunmalılar eşidilməlilərə nisbət daha çoxdur. Ona görə
də «qəlblər» və «gözlər», cəm şəklində işlənib. Lakin, «eşitmək» (qulaq)
tək şəkildə işlədilib.
zehra-yolu.com