Dek 13, 2015 15:14 Asia/Baku

Məclisdə yeni saqiy-i gül rənglər oynar Şuri ilə müğənnilər oxur, çənglər oynar


Məclisdə yeni saqiy-i gül rənglər oynar

Şuri ilə müğənnilər oxur, çənglər oynar

Məhvəşlər edər xəndə pəriçehrlər işvə

Naz ilə gözəllər dolanar, şənglər oynar

Mütrib səsinə səs verir gah tar gəhi çəng

Gah nal çəkər nalə, nə xoş hənglər oynar

Qurtuldu qəfəsdən, sevinir murğ-i dil-u-can

Vəslə yetimiş aşiq-i diltənglər oynar

Zülfün gül-i ruyunda gələr rəqsə həvadən

Guya ki düşüb cənnətə Bərzənglər oynar

Xəşm ilə mənə beylə baxar nərgizi məstin

Qan tökməyə yerdən deyəsən cənglər oynar

Peymanəyə baxdıqca gələr rəqsə Şukuhi

Qəlyanı görəndə necə kim bənglər oynar

 Şərqi Azərbaycanın tanınmış şairi Mirzə Mehdi Şukuhi Mərağeyi 1824 (1246 h-q) ilində dünyaya göz açıb. O Raciyi Təbrizi və Ləliyi Təbrizi kimi böyük şairlərlə bir əsrdə ancaq Mərağədə yaşayıb. Şukuhinin divanı 1321-ci qəməri ilində Təbrizdə oğlu Mirzə Həsən  Şukuhi Mərağeyinin tərəfindən çap olunub. Divanı qəzəllər, qitələr, təzminlər və mədihələrdən ibarətdir ki həm fars həm də türk dilində yazılıb.

Şukuhi təhsilatını məktəblərdən başlayıb , kiçik yaşında atasını əldən verdiyinə göjrə təhsili tərk etmək məcburiyyətində qalıb və güzgü düzəltməklə məşğul olub. Sonralar təhsilatını davam etdirib . Fars və Ərəb dilləri ilə tanış olub, Şərq ədəbiyyatı barədə mütaliəyə başlayıb və dərin məlumatlar əldə edib...

Mirzə Mehdi Şukuhi Mərağeyi hicri ili 1313-də 67 yaşında ikən Mərağada dünyadan gedib.



Teqlər