Lrika Dəftəri - 3 (Audio)
https://azeri.sahartv.ir/radio/mədəniyyət_-i201150-lrika_dəftəri_3_(audio)
Müasir ədəbiyyat haqqında hazırlanmış ədəbi veriliş .
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2015 05:41 Asia/Baku

Müasir ədəbiyyat haqqında hazırlanmış ədəbi veriliş .

Yadında var o gün çeşmə başında

Sataşanda bir-birinə gözümüz

Ürəkimiz gurub-gurub döyündü

Danışmağa da qalmadı sözümüz

Sən küzəni dolduranda çeşmədə

Yel əsirdi tərpədirdi telini

Dilim tutar tutmaz dedim mən sənə

Anam sevir sən olasan gəlini

Oğrun-oğrun onda baxdın üzümə

Bir ah çəkdin məni məndən eylədin

Kərəm kimi eşq oduna alışdım

Bilmədin ki onda mənə nə eylədin

İstəyirdim o gün səndən söz alam

Hən-yox mənə, tez verəsən  cavabı

Yaşmaq atdan dedin mənə əmoğlu

Anam sənə toxuyacaq corabı...


Müsahib : Məhəmməd Məhəmmədlui Kəsanəq (Əncümən) təxəllüsü ilə çıxış edən görkəmli və tanınmış şair