Güllü Budaq - 5 (Audio)
17-ci əsrin tanınmış şairi Murtəza Qulixan Zəfər haqda məlumat.
Tazə Dilbər Şövqü düştü başimə piranəsər
Şükrü lillə hasil oldu mətləbim bidərdisər
Taleyim oldu zəfər ulduzu ilə toəman
Aqibət yetdi yerinə çəkdiyim ah-i səhər
Canimə düşmüşüdü eşq atəşi bülbül kimi
Bir gül üzlü yar üzündən rövşən oldu çeşm-i tər
Heyf kim əydi şücaət qeyrəti əndamimi
Zəf artdı gün-bə-gün olmağa tək yomol-bətər
Baş ağardı , diş töküldü , beldə qüvvət qalmadı
Həlqə olmuş yayə döndü sərvi rəna tək kəmər
Səbr edib çəkdim əyağı bir qənaət küncünə
Yar ola bir gün məgər tofiqilən fəth-o zəfər
17-ci əsirdə yaşayan Murtəza Qulixan Zəfər vəzirlik məqamına qədər yüksəlib, sonralar da Ərdəbildə Şeyx Səfiyeddin Ərdəbilinin məqbərəsinin mütəvəllisi olub.
Şairin hansı illərdə dünyaya göz açıb,hansı illərdə dünyadan getməsi qəti şəkildə məlum deyil. Ancaq divanını 74- yaşında ikən yazmasını bəyan edib...