Mart 12, 2016 19:26 Asia/Baku
  • Ticarət edən zaman bu əməllərdən çəkinmək lazımdır

Adətən ticarət edən hər bir kəs istəyir ki, qazancı halal və Allah bəyənən olsun. Ona görə də dinimizin bu sahədə verdiyi tövsiyələrə diqqət edib, onlara əməl etmək lazımdır.


Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, alış və veriş edir, gərək beş şeydən çəkinsin, əks halda gərək alış-veriş etməsin: sələm, and içmək, malının eybini örtmək, satış zamanı tərifləmək və təbliğ etmək, alan zaman mal haqqında pis sözlər demək”.


Bir gün İmam Əli (ə) bazara gəlir və yerində dayanıb buyurur: “Salam olsun sizə, ey bazar əhli! Allahdan qorxun və and içməyin. Çünki and içmək bərəkəti aparar”.


Həzrət Əli (ə) başqa yerdə buyurur: “Ey dəllal camaat! Az and için ki, bu iş malın satılmasına səbəb olar və (həqiqi) qazancı aparar”.


İmam Sadiq (ə) bununla bağlı buyurur: “Allah Təala and içərək malını satan kəsə nifrət edər”.


Qurani-Kərinmdə buyurulur: “Və itaət etmə çox and içən və alçaq olan heç bir kəsə”. (“Qələm” 10).


Hədislərimizin buyurduğu kimi, yalandan and içmək – kəbirə günahlardandır. İmam Baqir (ə) buyurur: “Yalan and içməkdən çəkinin ki, abadlıqları xarab edər”.


Hədislərin birində oxuyuruq: “Yalandan and içmək və qohumluq əlaqələrini kəsmək abadlıqları viran edər və əhlini boşaldar və nəslin qət olmasına səbəb olar”.


Əmirəl-möminin (ə) buyurur: “Ey tacirlər! Allahdan xeyir istəyin, asanlıq edərək bərəkət axtarın. Yerinizdə alıcılara yaxınlaşın və həlimlik və səbirlə özünüzə zinət verin. And içməkdən çəkinin, yalan danışmaqdan kənara çəkilin. Başqalarına zülm etməkdən qorxun və məzlumların haqqını verin. Sələmə yaxınlaşmayın və tərəzini kamil edin. İnsanların malını az qoymayın və yer üzündə fəsad mənbəyi olmayın”.


Həzrət Peyğəmbər (s) buyurur: “Əmin və düz danışan müsəlman tacir, Qiyamət günü şəhidlərlə olar”.


Başqa bir hədisdə buyurur: “O, Qiyamət günü Allahın ərşinin kölgəsində olacaqdır”.


Həzrət Peyğəmbər (s) buyurur: “Dinar və dirhəm sizdən əvvəl olanları məhv etmişdir və hər ikisi sizi də məhvə tərəf çəkər”.


İmam Sadiq (ə) buyurur: “İblis məlun deyir: “Bəni-Adəm ilə bağlı bu üç şeydən heç biri məni yormaz: halal olmayan yoldan mal əldə etməsi, vacib maddi haqqını ödəməməsi, onu haram yolda istifadə etməsi””.


 


/Deyerler.org/


Teqlər