Əsəblərinizi 15 gündə bu cür kontrol etməyi öyrənin
Əsəblərinizi 15 gündə bu cür kontrol etməyi öyrənin
əqin ki, siz də o insanlardansınız ki, özünüzdə dəyişikliklər etmək istəyirsiniz. Əsəb gərginliklərini özünüzdən uzaqlaşdırmaq istəyirsiniz. Stress, qəzəb – o maneələrdəndir ki, müvəffəqiyyət yolunu sizdən uzaqlaşdırır və əldə olunmaz edir. Psixoloqlar bizə 15 gündə əsəb gərginliyindən necə xilas ola biləcəyimizə dair tövsiyələr veriblər. Onlara nəzər salaq:
Birinci gün. Rəngləmək və rəsm çəkmək əsəbləri sakitləşdirən əməllərdəndir ki, birinci günü psixoloqlar bunu tövsiyə edirlər. Şəkilləri rəngləmək və ya rəsm çəkmək - əsəb gərginliyini sakitləşdirən əməllərdəndir.
İkinci gün. Dərindən nəfəs alın. Çalışın bir neçə saniyə havanı ciyərlərinizə çəkəsiniz. Sonra da tədrici olaraq bu havanı xaric etməyə çalışın. Beş gün ərzində 15 dəqiqə bu işi görün.
Üçüncü gün. Hər gün 15 dəqiqənizi təfəkkür etməyə və yüngülvari autotreninqə ayırın.
Dördüncü gün. Başqaları ilə rabitə qurun, dostlarınızdan, qohumlarınızdan xəbər tutun. Onlarla telefonda söhbət edin.
Beşinci gün. Bu günü özünüzə həsr edin. İdman edin və qərara alın ki, bu işi hər gün edəcəksiniz. Hər gün 10 dəqiqə qaçmağa çalışın.
Altıncı gün. Müsbət düşünüb, müsbət sözlər deyin.
Yeddinci gün. Stressinizi büruzə verin, çünki bəzən onu basdırmaq vəziyyəti daha da pisləşdirər.
Səkkizinci gün. Hisslərinizi yazmağa çalışın və əsəblərinizə təsir edən hər şeyi yazmağa çalışın.
Doqquzuncu gün. Krossvord həll etməyə çalışın; bu iş zehninizi düşünməklə məşğul edəcəkdir.
Onuncu gün. Kofeini menyunuzdan tamamilə silin. Kofein – bir təhrikedicidir və əsəblərinizi təhrik edər.
On birinci gün. Əl toplarından istifadə edin və onları sıxmağa çalışın. Bu iş gərginliyi sizdən dəf edəcəkdir.
On ikinci gün. İsti duş qəbul edin. İsti hamam sizi sakitləşdirər.
On üçüncü gün. Gülün və zarafat edin və zehninizdə olan xoşagəlməz fikirləri boşaldın.
On dördüncü gün. Tez-tez evdən bayıra çıxın və piyada gəzməyə çalışın. Təzə mənzərələrə baxmağa səy göstərin.
On beşinci gün. Nigaran olduğunuz mövzulara vaxt ayırın. Hər gün müəyyən vaxtınızı ona ayırın və bu mövzular haqqında düşünün.