Gızıl Gül + (Audio)
İyun 11, 2016 16:51 Asia/Baku
Həzrət Məhəmməd (s) gözəl əxlaqiyyata malik idi, bu gözəl əxlaqiyyat Həzrət Peyğəmbərin uğurlu komandan olmasına səbəb olmuşdur.
Həzrət Məhəmməd (s.ə) Həmin əxlaqiyyat nəticəsində istədiyi hədəflərin çoxuna çata bilirdi,çünki qoşun başçıları və döyüşçülərlə ilgili ədalətə rəayət edərdi. Qəzəblənəndə qəzəbinə hakim olardı. İnsanlar arasında sülh və dostluq yaradardı . Buna görə də kobud fəxr satan əxlaqiyyata düçar olan, cahil ərəbi elə tərbiyə etdi ki onun ciddi hamilərinə çevrildilər və Həzrətlə bərabər İslam bayrağını qaldırıb cihad etdilər.