Söz Buqçası -9+ (Audio)
Avq 20, 2016 15:25 Asia/Baku
Tanrının yaxşı bəndələri bacardıqca şükr etməlidir.
Gəldi guftarə xəyalın deli divanə ilə
Ah ki şəm tutuşdu yenə pərvanə ilə
Olmasa silsileyi zülfi siyahım ey mah
Mən necə gün keçirim bu deli divanə ilə
Tanrı, bütün gözəllikləri insana pay veribdir. Şükrü yerinə yetirmək olmaz ,amma etinsız da yaşamaq olmaz. Tanrının yaxşı bəndələri bacardıqca şükr etməlidirlər.
Həzrət Məhəmməd Baqir(ə) buyurmuşdur: Tanrının az ruzisini özün üçün çox san , onda şükr edənlər sırasında olarsan.