Müsəlmanların xəstələrin görüşünə getmələrinə sövq olunmaları
Bunun hər bir müsəlmanın üzərinə düşən ilahi və dini vəzifə olduğunu bəyan etdikdən sonra, nəql olunmuş hədis və rəvayətlərdə müxtəlif üsullarla bu xeyirxah işə sövq olunduqlarına toxunulur.
Peyğəmbər (s) bu haqda buyurur: Müsəlman bir şəxs öz xəstə müsəlman
qardaşının görüşünə getdiyi zaman Allah-taala tərəfindən ona belə bir
xitab olunar: Cənnətin uca məqamlarından birinə nail oldun. [Bu xeyirxah
işinlə] həm özünü, həm də müsəlman qardaşını pak və rahat etdin (yəni,
günahlarını yudun].
Başqa bir rəvayətdə deyilir: Səhər çağı xəstə müsəlman qardaşının
görüşünə gedən möminləri yetmiş min mələk müşayiət edər. O, xəstənin
yanında bir qədər oturarsa, Allahın rəhməti onun üçün nazil olar və
mələklər axşamadək Allahdan onun bağışlanmasını diləyərlər. Əgər axşam
çağı xəstənin görüşünə gedərsə, mələklər səhərədək Allahdan onun
bağışlanmasını diləyərlər (Üsuli-kafi, 3-cü cild, səh 120, 6-cı hədis).
Qiyamət günü Allah-taala Öz bəndələrindən birini danlayıb deyər: Ey
bəndəm! Nə üçün xəstələndiyim zaman məni yoluxmağa gəlmədin? O deyər:
Ilаhi! Sən aləmlərin Rəbbi, pak və münəzzəhsən. Eyb və nöqsandan uzaq
olduğun bir halda ağrı və xəstəliyə tutularsanmı? Allah-taala buyurаr:
Filan mömin qardaşın xəstələndiyi zaman onun görüşünə getmədin. And
olsun izzəticəlalıma, əgər onun görüşünə getsəydin, Məni orada görərdin.
Bəndəmin xатiri əziz olduğu üçün Mən sənin istək və hacətini yerinə
yetirərdim. Mən bağışlayan və rəhm edən Allaham (Biharul-ənvar, 7-ci
cild, 15-ci fəsil, 75-ci hədis).
Imаm Məhəmməd Baqir (ə) buyurur: Həzrət Musa (ə) öz münacatlarının
birində Allah-taaladan soruşdu: Ilаhi! Xəstə bir şəxsin görüşünə gedən
bəndələrini necə mükafatlandırırsan? Allah-taala belə buyurdu: Bir mələk
ayıraram ki, qəbirdən məhşərə qədər ona baş çəkib halını soruşar
(Biharul-ənvar, 81-ci cild, 4-cü fəsil, 11-ci hədis).
Imаm Sadiq (ə) buyurur: Hər kəs Allaha xatir (Onun razılığını əldə etmək
üçün) xəstələrin görüşünə gedərsə, Allah-taala xəstənin onun üçün
etdiyi bütün duaları qəbul edər (Biharul-ənvar, 81-ci cild, 4-cü fəsil,
10-cu hədis).
Nəql olunmuş rəvayətlərdən belə bir qənaətə gəlmək olаr ki, vaxtaşırı
xəstələrin görüşünə gedib onların qəlblərinə sevinc bəxş etmək Allahın
razılığına, mələklərin Allahdan həmin şəxsin bağışlanmasını
diləmələrinə, bu xeyirxah insanların əbədi cənnətə daxil olmalarına və
nəhayət xəstələrin mənəvi rahatlıqlarına səbəb olur.
Kitabın adı: İslam Ədəbi -1
/zehra-yolu/