Okt 29, 2016 19:14 Asia/Baku
  • Üzeyir Cəfərov: “Həmsədrlər Qarabağla bağlı çirkin oyunlar aparırlar”

Üzeyir Cəfərov: “Həmsədrlər Qarabağla bağlı çirkin oyunlar aparırlar”

on vaxtlar Dağlıq Qarabağ ətrafında olan söz söhbətlərin miqyası genişlənir. Belə ki, ilk olaraq cəbhə xəttində erməni təxribatının qarşısı alındı. Bu prosesin aktiv olaraq artacağı ehtimal edilir. Eyni zamanda ekspertlərin bəziləri də bu mövzu ilə bağlı intensiv fikirlər paylaşmaqda davam edir. Hətta Ermənistana sanksiyaların tətbiq edilməsi mövzusu da gündəmə gətirilib. Aprel hadisələrinin təkrarlanacağını istisna etməyən ekspertlər erməni tərəfini razılaşmaya əməl etməyə dəvət edir.

 

 

Hərbi ekspert Üzeyir Cəfərov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, Ermənistan beynəlxalq güclərin mövqeyindən yararlanmaqda davam edir: “Dağlıq Qarabağ ətrafında çox çirkin və məkrli oyunlar aparılır. Bu oyunları bir başqası deyil, elə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və onlara dəstək olan bəzi böyük ölkələr oynayır. Aprel hadisələrində baş verən məlum hadisələrdən sonra, ümid etmək olaradı ki, bu insanlar özlərində bir qədər güc hiss edib bu mövzu ilə daha aktiv şəkildə məşğul olacaqlar. Amma gördüyümüz mənzərə tam fərqli işlərdən xəbər verir. Rusiya və ABŞ bu status kvonun dəyişilməməyi ilə bağlı fikir səsləndirdilər. Fransa həmsədrliyi dəyişdi. Bu ölkələrin yeganə bacara bildiyi iş işğalçı tərəfə hər cür dəstək olmaqdır. Bu dəstəyi göstərməkdə də davam edirlər. Ermənistan da bütün bu beynəlxalq güclərin mövqeyindən yararlanmaqda davam edir. Elə məhz bu baxımdan da Ermənistan oktyabrın 26-da axşam aqressiv təxribat törətdi və Azərbaycan Silahlı Qüvvələri layiq olan cavabı da verdi. Bu ondan xəbər verir ki, 2-ci aprel hadisələri heç də tam olaraq inkar edilə bilməz. Düşmən öz niyyətindən əl çəkmir. Eyni zamanda beynəlxalq qurumlar da işğalçıya heç bir təsirli tədbirlər görmək iqtidarında deyil. Amma bu dəfə 2-ci aprel hadisələri başlasa itkilərin və tələfatların sayı kifayət qədər çox olacaq. Bu baxımdan beynəlxalq güclər nə qədər tez tərpənsələr baş verəcək ciddi tələfatların miqyasını azalda bilərlər”.

 

Deyerler.Org

Teqlər