Trampın prezident olması rəsmiləşdi
Trampın prezident olması rəsmiləşdi
ABŞ-dakı Seçki Komitəsinin üzvlərinin istifadə etdiyi səsləri saymaq üçün toplaşan ABŞ Konqresi, 8 noyabrdakı seçkilərdə qalib olan Respublikaçı Donald Trampın prezident olduğunu rəsmən elan edib.
Sputnik xəbər Agentliyinin verdiyi məlumata əsasən ABŞ-ın vitse-prezidenti Co Baydenin başçılığı ilə toplaşan ABŞ Konqresi, birgə toplantıda Seçki Komitəsinin üzvlərinin prezident və vitse-prezident namizədləri üçün dekabr ayında istifadə etdikləri səsləri sayıb.
Aparılan səslərin sayılması ilə Trampın 304, Hillari Klintonun isə 227 nümayəndənin dəstəyini qazandığı açıqlanıb.
Demokratların etirazları ilə keçən iclasda Bayden "Artıq bu iş bitdi" açıqlaması ilə kifayətlənib. Bu nəticə ilə rəsmən ABŞ prezidenti olması elan olunan Tramp, yanvarın 20-də and içərək vəzifəsini hazırkı prezident Barak Obamadan təhvil alacaq.