İyun 13, 2017 13:26 Asia/Baku
  • Əmir Kəbir Universitetində 19 ixtira qeydə alınıb

Tehranın Əmir Kəbir Sənaye Universitetinin Araşdırma Laboratoriyasının təhqiqatçıları 25 sənaye araşdırma layihəsini icra edərək 19 ixtiranı qeydə ala və min məqaləni yaza bilmişlər.

İRNA-nın məlumatına görə, Tehranın Əmir Kəbir Universitetinin Araşdırma Laboratoriyası bir çox önəmli sahələr üzərində böyük araşdırmalar aparır və uğurlar qazanır. Bunlar da dünya elminə öz töhfəsini verməkdədir.

Bu laboratoriyada yazılan min məqalədən təxminən 350 məqalə beynəlxalq və daxili etibarlı nəşrlərdə dərc olunub və təxminən 700 məqalə də yerli və beynəlxalq etibarlı konfranslarda təqdim olunub.

10 cild kitab da bu laboratoriyanın araşdırma üzrə nailiyyətlərindəndir.

Teqlər

Şərhlər