Yəmən mühasirəsinin nəticəsi; minlərlə xəstə həyatını itirir
Yəmənin Səhiyyə Nazirliyi bu ölkənin Ərəbistan tərəfindən mühasirədə saxlanılmasına və xəstələrin müalicə olunmaq üçün ölkədən çıxmasına icazə verməməsinə görə, on minlərlə yəmənli xəstənin həyatını itirdiyini bildirib.
İRNA-nın məlumatına görə, Yəmənin Səhiyyə Nazirliyinin sözçüsü Əbdülhəkim Kəhlani bu gün çərşənbə axşamı deyib: hər il 75 000 yəmənli xəstə müalicə olunmaq üçün ölkə xaricinə göndərilirdi. Amma, Ərəbistan və müttəfiqləri Yəməni hərtərəfli formada mühasirədə saxlayaraq, xəstələrin müalicə olunmaq üçün ölkədən çıxmasına və hətta, xəstələrin müalicə edilməsi üçün ölkəyə dərman preparatlarının gətirilməsinə imkan vermir.
Yəmənin paytaxtı Sənada İnqilab xəstəxanasının ürək cərrahiyyəsi bölməsinin rəisi Əbu Zeyd Əl-Kindi isə deyir: Ürək çatışmazlığına düçar olan uşaqlar Yəmənin mühasirədə saxlanılmasına və ölkəyə dərman preparatlarının gətirilməsinə icazə verilməməsinə görə həyatlarını itirirlər.
Səna Beynəlxalq Hava Limanı rəisinin dediyinə görə, 100 min yəmənli Yəmənin mühasirədə saxlanılmasına görə ölkə sərhədlərindən kənarda çarəsiz durumdadır.