Yan 13, 2016 19:35 Asia/Baku
  • ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ mövzusunda daha danışmasalar yaxşıdır”
    ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ mövzusunda daha danışmasalar yaxşıdır”

Üzeyir Cəfərov: “ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ mövzusunda daha danışmasalar yaxşıdır”


Azərbaycan hər yeni ilə Dağlıq Qarabağın azad olması arzusu ilə daxil olur. Amma təəssüflər olsun ki, bu durum uzun illərdir ki, dəyişməz olaraq qalır. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik 2016-cı ildə Dağlıq Qarabağ mövzusu ilə bağlı ilk açıqlamasında deyib ki, 2016-cı ildə həmsədrlər prezidentlər arasında dialoqu gücləndirməyi planlaşdırır: “Biz xarici işlər nazirləri ilə həll prosesi ilə bağlı təkliflər, təmas xətti və beynəlxalq sərhədlər boyunca gərginliyin artması riskini azaltmaq üçün tədbirlər və Dağlıq Qarabağ icmaları arasında dialoqun təşviqi istiqamətində işləməkdə davam edəcəyik”.

Mövzu ilə bağlı Deyerler.org-la fikirlərini bölüşərkən hərbi ekspert Üzeyir Cəfərov deyib ki, 2015-ci ildə də Dağlıq Qarabağla bağlı aparılan proseslərdə hər hansısa bir irəliləyiş olmadı: “Artıq 2015-ci ili geridə qoyduq. Amma müşahidə edildiyi kimi, həmin ildə də Dağlıq Qarabağla bağlı aparılan proseslərdə hər hansısa bir irəliləyiş olmadı. Ümumiyyətlə, düşünürəm ki, ATƏT-in Minsk qrupu həmsədrləri bu mövzuda daha danışmasalar yaxşıdır. Çünki, uzun illər böyu biz onların yalnız yalan vədlərini eşitmişik. Münaqişə ilə bağlı bu vaxta kimi, bir dənə də olsa Azərbaycanın xeyrinə addımlar atılmayıb. Yalnız boş-boş vədlər verməklə özlərinin boyunlarına düşən vəzifəni yerinə yetirmiş hesab edirlər. Ümumiyyətlə, Azərbaycan Dağlıq Qarabağ mövzusu ilə bağlı həmsədrlərin vasitəçilyindən imtina etməldir. Əgər bu illər ərzində Dağlıq Qarabağla bağlı hər hansısa bir irəliləyiş əldə edilməyibsə, nə üçün Azərbaycan bu şəxsləri hər dəfə yüksək səviyyədə qəbul edib qulluğunda durmalıdır? Nə qədər ki, biz torpaqlarımızın işğaldan azad edilməsini bu cür insanların vasitəçiliyi ilə həyata keçirtmək istəyirik, durum bundan fərqli fazaya keçməyəcək. Hələ də bu vaxta kimi, Ermənistanın işğalçılıq siyasətini psiləyən, onlara qəti söz deyilməsinə rast gəlməmişik. Bu illər ərzində yalnız boş danışıqlar, və nəticəsiz görüşlər davam etdirilib. Düşünürəm ki, bu proses davam edərsə biz hələ uzun müddət torpaqlarımızın işğal altında olmasını müşahidə edəcəyik”.

 

/Deyerler.org/


Teqlər