Dezinformasiyalara cavab - 9 (Audio)
Bakı Mətbuatında İranla bağlı təxribat xarakterli mövzular haqda ekspertlərin fikirləri.
Yeni Müsavat:
Yeni Müsavat qəzeti İranın regonal əməkdaşlıq istiqamətində atdığı addımları bəyənmir. Qəzet "İrəvanın gizli oyunu :Rusiya və İran savaşa çıxır" başlıqlı məqalədə yazır: Rusiya daha böyük qaz yataqlarına malik olan İranın Avropaya və yaxud Post Sovet bazarlarına çıxmasına imkan verməyəcək. Politoloq Qabil Hüseyni iddia edib ki, əslində İran qaz sahəsində atdığı addımı ilə Azərbaycanını da maraqlarına qarşı çıxır. "İran təkcə Ermənistan üzərində Gürcüstana deyil, eyni zamanda Avropaya da çıxış yolu axtarır. Tehran Tanapa və Azərbaycanın digər qaz layihələrinə alternativ qaz kəməri formalaşdırmaqla Bakı qazının əhəmiyyətini azaltmağa çalışır. Bu məsələdə İranı qızışdıran tərəflərdən biri də Ermənistandır...
Gündəm Xəbər :
Gündəm Xəbər qəzeti İran təhsili ilə bağlı silsilə təxribatçı məqaləsində yazır:Ekstremizmin ali məktəblərə yol açması ən qorxulu hallardan biridir. Unutmayaq ki, onun daşıyıcılarından bir çoxu Qəzvinin dini mədrəsələrində təhsil alıb,Bunu gizlətmək istəyənlər, İranın ekstemist fikirləri ilə beyinləri zəhərlənib ali məktəblərdə dərs deyən bəzi müəllimllər Azərbaycan təhsilinin altına qoyulmuş bombalardır. Bu müəllimlərin əsas məqəsdləri vəzifə kürsüsünə dırmanıb , dövləti , elmi , təhsili zəiflətməkdir. Onlar hələ yenicə formalaşmağa başlayanda bığ yerləri təzəcə tərləyəndə İranın xüsusi xidmət orqanlarının tələsinə düşürlər. Bu gün Qəzvinin mədrəsə yetirmələrinin
bəziləri ali məktəblərdə kök salıb. Onların nə vaxtsa ali məktəblərdə
Nardaran hadisələrinə bənzər hadisələrin törətməyəcəklərinə əcəba kim
təminat verir? Mühafizə orqanları və digər əlaqədar təşkilatlar bunu araşdırmalıdırlar...