Hovuzdan cәmiyyәtә inteqrasiya...
Hovuzdan cәmiyyәtә inteqrasiya...
Son günlәrdә xəbər yayıldı ki, İsveçrә dövlәti ölkәsinә vәtәndaşlıq almaq istәyәn müsәlman mühacirlәrә çox qeyri-insani bir şәrtlә vәtәndaşlıq vermәk qәrarına gәlib.
Belә ki, mәktәbdә icbari üzgücülük dәrsi adı altında bir qrup müsәlman qıza oğlanlarin üzdüyü hovuza girmәyi tәlәb edib vә bunu etmәkdәn öz dini inancına görә imtina edәn müsәlman qızların mәktәb proqramina tabe olmadıqlarına görә vәtәndaşlıq әrizәsini lәğv edib.
Bu xәbәri yayan "USA today " qәzeti davamında yazir ki, "ABŞ və bir çox başqa ölkələrdən fərqli olaraq, İsveçrədə vətəndaşlıq alınması üçün cəmiyyətə inteqrasiya ölkənin tarixi və siyasəti barədə biliklərdən daha vacibdir. Vətəndaşlığa namizədlər öz icmalarına kifayət qədər yaxşı inteqrasiya etdiklərini, yerli adət və ənənələrə hörmətlə yanaşdıqlarını sübut etməlidirlər". Heyhat!
Cәmiyyәtә inteqrasiya hovuzdanmı başlayır? Hovuzda icbari cimmәk dәrsi nә vaxtdan Isveçrənin adәt-әnәnәsi olub? Miqrantlara bu qeyri-insani yanaşma hansı insan haqlarına uyğundur? Ümumiyyәtlә, digәr insanlarla bir hovuzu paylaşmaq kimi işә necә mәcbur etmәk olar?! Dini inanc baxımından tutmuş, gigiyenik mәsәlәlәrә görә, kiminsә üzmәk qorxusu ola bilәr (ablutofobiya) kiminsә başqaları ilә bir hovuzda çimmәyә qarşı allergiyası ola bilәr... İnsanı güclә hovuza tullanmağa mәcbur etmәk olarmı? Hәtta vәtәndaşlıq üçün belә olsa, kiminsә şәrәf vә lәyaqәtinin alçaldılması yolverilmәzdir. Bütün insan haqlarının konvensiyalarının әsas müddәasi hәr bir insanın şәrәf vә lәyaqәtinin müqәddәsliyidir. Bәli, siz vәtәndaşlığa möhtac bir qrup insanın şәrәf vә lәyaqәtini alçaldaraq, onları gülünc duruma salmaq niyyәtindәsiz, hәtta hәlә, bundan sonra siz onları öz olkәnizә vәtәndaş olaraq qәbul edәcәksiniz, ya yox – sual altındadır. Sizdә ki, o "mәharәt" var, sonra da deyәrsiniz ki, mәn dediyim kimi üzmәdin vә s.
Ümumiyyәtlә, ölkәnizә vәtәndaşlığa namizәd insanlara әvvәlcәdәn bu cür anti-bәşәr davranaraq... Tutaq ki, onlarin bәzilәri qayıtmayacaq yeri vә yolu olmadığına görә, sizin onlardan tәlәb etdiyinizә mәcburәn razı oldu. Amma qәlbindә sizin olkәdәn narazı olacaq vә bәlkә dә bu kin vә nifrәti bütün ömrü boyu qәlbinin dәrinliyindә saxlayacaq... Siz düşərgəyə әsir, hәbsxanaya dustaq seçmirsiniz, öz ölkәnizә vәtәndaş seçirsiniz. Vәtәndaş mәsәlәsinә daha ülvi, daha insani yanaşmaq gәrәk deyilmi? Sizin ölkә dünyanın o ölkələrindəndir ki, eyni cinsli insanların nikahına hәm huquqi vә hәm dә dini müstəvidə icazә verib. Siz öz dininizi gor nә hala salmısınız! İndi dә bizim inancı o vәziyyәtә salmaq fikrindәsiniz?!
Bilmirәm bu tip qanunlari sizә, hәm hüquqi, hәm dә dini nikahına icazә verdiyiniz hәmin o eyncinsli insanlar diktә edir, nәdir...
Tәsәvvür edin ki, bir tәbii fәlakәt oldu. Mәsәlәn bütün Avropaya sel gәldi vә ya zәlzәlә oldu. Siz dә qaldınız çöllәrdә, tufanlarda. Dәnizlәri qayıqlarla birtәhәr keçib, gәldiniz hәr hansı müsәlman ölkәsinә. Әgәr sizinlә bu cur rәftar olunsa, xoşunuza gәlәrdi? Sizin dini inancınıza, şәrәf vә lәyaqәtinizә әl uzadılsa, necә olar? Onda yazıq müsәlmanları barbar adlandirardınız. Amma indi әn boyuk barbarlığı özünüz edirsiniz. Sizin bu hәrәkәtinizin IŞİD-dәn nә fәrqi var? İkiniz dә oldürürsünüz. Biriniz fiziki, biriniz mәnәvi!
Belә bir qanun qәbul edib, miqrantların gәlişinin qabağını ala bilәrsiniz. Mәsәlәn, kәnardan gәlәn insanlara vәtәndaşlıq vermәk qanunla qadağa edә bilәrsiniz. İnsanlar da görәr burada qapı bağlıdır, üz tutar başqa qapıya. Ancaq ki, sizin hazırkı durumunuz camaatla mәzәlәnmәnkdәn başqa bir şey deyil.
Sizin bu әmәliniz islamofobları yaman sevindirib. Hәtta olkәmizdә dә, bununla qürur duyanlar var! Ayıb deyil, o insanların da bir gun doğma evlәri, isti ocaqları var idi. Normal hәyat sürürdülәr. Bir gün kimlәrinsә mәkrli planları onları doğma yurd-yuvalarından qacmağa mәcbur etdi. Bütün Şәrq qazan kimi qaynayır. Hara baxırsan – müharibә, qaçaqaç, qovhaqov... Müsәlman camaatın bu saat ancaq top-tüfәng sәsi eşidir, kimisi su ilә, kimisi quru ilә qaçıb canın qurtarıb... Onlar bәxtәvәrlikdәn sizin qapınızı döymәyiblәr! Ya qapınını açmayın, ya da açırsınızsa, onlari içәri dәvәt edin. Qapının kandarında cürbәcür fokuslar hazırlamayın. Qonağı qapı kandarında saxlamazlar...
/dəyərlər/