Sen 26, 2016 14:32 Asia/Baku
  • İsrail rejiminin blokadasını yaracaq gəmi əvvəlki dayanacağına çatdı
    İsrail rejiminin blokadasını yaracaq gəmi əvvəlki dayanacağına çatdı

İsrail rejiminin blokadasını yaracaq gəmi əvvəlki dayanacağına çatdı

Azadlıq Donanması Koalisiyasının qadınlardan ibarət olan 4-cü donanması blokadanı yarmaq üçün Qəzzadan əvvəlki dayanacaq olan İtaliyanın Messina şəhərinə çatıb.

 

Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə, Kanada, Meksika, İspaniya, Norveç, ABŞ və Avstraliya kimi dünyanın müxtəlif ölkələrindən QHT-lərin dəstəyi ilə yola düşən Azadlıq Donanması Koalisiyasının Zaytuna gəmisi 30 fəal qadınla Messina şəhərinə dünən lövbər salıb. Donanma bu şəhərdən birbaşa Qəzzaya çıxacaqları uzun və böyük səfər üçün ciddi hazırlıqlarını görür. Qrup daxilindəki təcrübəli aktivistlər, tez-tez keçirdikləri toplantılarda yeni iştirakçılarına səfər zamanı qarşılaşa biləcəkləri vəziyyətlərə dair məlumatlar verir.

 

Gəmidəki qadın fəallarla birgə olan isveçli müğənni Ellen Hud Hansson, son 2 ildir öz ölkələrində yaşayan fələstinlilərin səyini gördükdən sonra bu problemlə yaxından maraqlandığını deyib: "Fələstinli qadınların mübarizəsinə Qərb mediasında çox yer verilmir. Bunun üçün səsimizi qaldırmalıyıq və onlar üçün mübarizə aparmalıyıq".

 

Teqlər