Dek 08, 2015 13:47 Asia/Baku

Rəşad Məcid :"Rusiya təyyarəsinin vurulması regionda marağı olan başqa dövlətlərin mənafeinə kömək etdi"

Azərbaycanda çıxan 525-ci qəzetin baş redaktoru Səhər Beynəlxalq Telekanalının Azəri Radiosuna verdiyi eksklüziv müsahibədə Rusiya-Türkiyə münasibətləridnən danışdı.

Rəşad Müseyib oğlu Məcidov deyib: Regionda sakitlik və stabilliyin yaranması üçün Rusiya-Türkiyə əməkdaşlığı çox önəmli və vacibdir. Rusiya-Türkiyə arasında münasibətlərdən də çox şey asılıdır. Bu arada Rus təyyarəsinin vurulması bu münasibətlərdə gərginlik yaratdı və bu təyyarənin vurulması regionda marağı olan başqa dövlətlərin mənafeyinə kömək etdi.

Jurnalistin fikrincə Rusiya-Türkiyə münasibətlərin xələl gətirən bu addımı tezliklər aradan qaldırmaq l azımdır niyə ki Rusiyanın içərisində çox böyük narazılıq var və parlament də məsələ qaldırıb ki Erməni soy-qırımı məsələsi müzakirə edilsin həmçinin Rusiyada anti-türk ovqat yaranıbdır. Bu da regiondan gedən hazırkı vəziyyəti ilə çox təhlükəlidir...

Teqlər