Yan 22, 2016 15:24 Asia/Baku

Bakı Mətbuatında İranla bağlı təxribat xarakterli mövzular haqda ekspertlərin fikirləri.

Şərq qəzeti:



Şərq qəzeti Bakı İslam universitetində əksər müəllimlərin guya İran təmayüllü dərslər vermələrinə görə öz narahatlığını bildirib. Qəzet bu xüsusda dini ekspert elşad Mirinin fikirlərini öyrənib. Elşad Miri hesab edir ki, Bu gün Azərbaycanda dini təhsil almaq üçün faktiki olaraq iki yer var. Bakı İslam universiteti və Bakı dövlət universitetinin ilahiyyat fakultəsi. İlahiyyat fakultəsində dərs deyənlərin əksəriyyəti Türkiyədən dəvət olunan professorlar tərəfindən dərs keçilmiş insanlardır. Bakı İslam universitetində isə əksər müəllimlər İran təmayüllü dərslər verirlər. Bunun qarşı necə alınacaq? Adam deyir ki, mən şiəyəm bir insan şiədirsə hansısa müctehidə təqlid etməlidir. Azərbaycanda müctehid olmadığına görə 90% İranda 10 % isə İraqda formalaşmış ayətullahları təqlid etməyə başlayırlar,nəticədə İran yönümlü dini təbliğatın şahidi oluruq . Bu məsələlərə diqtə yetirilməlidir...


Gündəm Xəbər Qəzeti :


Gündəm Xəbər Qəzeti Azərbaycandakı qeyri-ənənəvi vəhhabi təriqətlərinin nümayəndəsi hacı Qamət Süleymanovun Ərəbistanda şiə alimi Şeyx Baqir Nimərin edamına haqq qazandırdığını xəbər verir. O Ali Səud rejiminin məlum cinayətini ört-basdrı edərək deyib ki, Heç kəs haqsız yerə öldürülmür. Sələfi liderinin sözlərinə görə Şeyx nimərin istintaqı gedib, məhkəməsi olub və hökmü oxunub...

Teqlər