Azərbaycanın 4 milyard dollar mümkün borclanmasına sözardı
-
Azərbaycanın 4 milyard dollar mümkün borclanmasına sözardı
Azərbaycanın 4 milyard dollar mümkün borclanmasına sözardı
Azərbaycan hökümətinin yaranmış vəziyyətdən çıxış yolu kimi Beynəlxalq Valyuta Fondu və Dünya Bankından 4 milyard vəsait cəlb etmək istəyir. Bu vəsait Azərbaycanın xarici borc öhdəliklərinin artmasına növbəti təkan olacq. Belə ki, ötən ilin son rəqəmlərinə görə ölkəmizin xarici borcu 6.7 mlrd. ABŞ dolları civarındadır. Xarici borcun müddətlər üzrə strukturu, yükün əsasən gələcək nəsillərin üzərində düşəcəyindən xəbər verir. Azərbaycan hökümətinin yeni borclanma planı baş tutarsa, ölkənin xarici borcu 10.7 mlrd. ABŞ dollarına kimi artıracaq.
Ümumilikdə, bu artım inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulan 40% (Xarici Borc/ÜMD) xarici borclanma limitini pozmasa da, ölkə iqtisadiyyatının üzərinə əlavə yük qoymuş olur. Belə ki, adətən yüksək boclanmış ölkələr xarici investorların maraq dairələrindən kənarda olur. Eyni zamanda, xarici borcların qaytarılması mütəmadi olaraq ölkədən xarici valyutanın axınının baş verməsi deməkdir. Həmçinin dünya təcrübəsindən də məlumdur ki, belə hallarda xarici borc yalnız qısa müddət üçün ağrıkəsici rolunu oynayır. Neft asılılığından xilas olunmazsa, növbəti krizis dalğalarında eyni ssenarinin baş verməsi qaçılmaz olacaq.
/dəyərlər/